Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Türkiyə DÇ-2018-də ilk qələbəsini qazandı

Türkiyə DÇ-2018-də ilk qələbəsini qazandı

Cenk dubl etdi, Türkiyə qələbə qazandı - VİDEO (25 Mart 2017 10:57)
Türkiyə milli komandası qələbə qazandı - VİDEO (24 Mart 2017 23:18)

Tarix: 12 Noyabr 2016 23:33

Türkiyə milli yığması 2018-ci il Dünya çempionatının Avropa üzrə seçmə qrup mərhələsi çərçivəsində Kosova üzərində qələbə qazanıb.

Publika.az xəbər verir ki, Türkiyə millisi Burak Yılmaz və Volkan Şənin qolları sayəsində Kosovo yığması üzərində 2:0 hesabı ilə qələbə qazanıb.

Qrupun digər oyununda Xorvatiya İslandiyanı qəbul edib. Bu oyunda da ev sahibləri 2:0 hesabı ilə qələbə qazanıblar. Xorvatların hər iki qolunu Marselo Brozoviç vurub. Bu qələbə ilə Xorvatiya 10 xal toplayaraq qrupun vahid lideri olub.

Bu gecə qrupda daha bir oyun keçiriləcək – Ukrayna Finlandiyanı qəbul edəcək.


Teqlər:  Türkiyə DÇ-2018-də ilk qələbəsini qazandı



RƏYLƏR


Top xəbərlər