Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Klinton FTB direktoruna görə uduzdu?

Klinton FTB direktoruna görə uduzdu?

Date: 12 November 2016 23:37

Qurumun rəhbəri Ceyms Komi deputatlara müvafiq müraciətində bildirmişdi

Hillari Klintonun seçki qərargahının nümayəndələri onun ABŞ-da keçirilən prezident seçkisində məğlubiyyətində FBI direktoru Ceyms Komini günahlandırıblar.
Milli.Az "Report"a istinadən bildirir ki,bu barədə Fox News məlumat verib.
Klintonun seçki kampaniyasının araşdırma bölməsinin rəhbəri Nevin Neyak (Navin Nayak) Klintonun ştabının yüksək vəzifəli əməkdaşlarına elektron məktub yazaraq bildirib ki, seçkidən bir neçə gün əvvəl Kominin ikinci bəyanatı Donald Trampa Klintonu qabaqlamda yardımçı olmuşdu.
Qeyd edək ki, FBI iyul ayında eks dövlət katibi Hillari Klintonun şəxsi serverindəki məktublarla bağlı araşdırmanın dayandırıldığını bildirmişdi. Lakin ölkədə prezident seçkilərinə 11 gün qalmış serverdə Klintonun köməkçisinin yeni məktubları aşkarlandığından araşdırma bərpa edilib. Bu barədə qurumun rəhbəri Ceyms Komi deputatlara müvafiq müraciətində bildirmişdi.

Milli.Az


Tags:  Klinton FTB direktoruna uduzdu

RƏYLƏR


Top news