Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bidət nədir?

Bidət nədir?

Date: 12 November 2016 23:52

Bidət sözünün hərfi mənası öncə edilməyən bir şeyi ixtira etmək, icad etmək deməkdir.
Bidət dinə gətirilən yeniliklərə deyilir.
Bidətlər əməllərin qəbul olunmamasının və müsəlmanların parçalanmasının başlıca səbəbidir.
Milli.Az zikr.az-a istinadən bildirir ki, bidət edən həm özü günah qazanır, həm də onun bidətinə əməl edənin günahını daşıyır.
Bidət edən dini və onun əsaslarını dəyişdirir.
Dində bidətlərə yol vermək böyük günahdır.
Peyğəmbər - Allahın ona salavatı və salamı olsun - bidətləri qadağan edərək demişdir: "...Ən xeyirli kəlam Allahın Kitabı və yolların ən xeyirlisi Muhəmmədin yoludur. İşlərin ən şərlisi (dində) edilən yeniliklərdir (bidətlər) və şübhəsiz ki, hər bir yenilik zəlalətdir. Hər bir zəlalət isə Cəhənnəm odundadır". (Muslim, İmam Əhməd, 1/ 435).
O həmçinin demişdir: "Bizim bu işimizə ondan olmayan bir şeyi əlavə edənin əməli rədd olunur." (Səhih əl-Buxari, 2697).
"Ha­­mı­dan əvvəl Hovuzun başına gələn kəs mən olacağam. Sonra mənim yanımdan keçən kimsə ho­vuz­­dan su içər, on­dan içən isə əsla susamaz. Onda yanıma mənim tanıdığım və məni tanıyan bir qövm gələcəkdir. Sonra onları məndən ayıracaqlar. Onda Mən: "Onlar mənim ümmətimdəndirlər" - deyəcə­yəm. Mənə belə de­yi­ləcək: "Sən bilmirsən, onlar səndən sonra nə ye­niliklər ediblər" Və mən: "Məndən sonra yeniliklər edənlər məndən uzaq olsun­lar" - deyəcəyəm". (Buxari, 6583; Muslim, 2290).
Uca Allah buyurur: "Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və din olaraq sizin üçün İslamı bəyənib seçdim" (əl-Maidə, 3). Bu ayədə də Rəbbimiz dinin tamamlandığını, kamil olduğunu və yeniliyə ehtiyac olmadığını bildirmişdir.

Milli.Az


Tags:  Bidət nədir

RƏYLƏR


Top news