Kia yeni Rio-nu göstərdi - FOTO

Kia yeni Rio-nu göstərdi - FOTO
23:57 12 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Koreya sedanı "Rio"-nun yeni görünüşü əks olunan şəkillər peyda olub. Çin KİV-ləri sedan "Kia Rio"-nun kamuflyajsız yeni şəkillərini yayıblar. Əvvəlki şəkillərdən fərqli olaraq, yeni fotolar modelə müxtəlif rakurslardan baxmağa imkan verir.

Milli.Az auto.az-a istinadən bildirir ki, modelin yeni xarici görünüşü Koreya brendinin aktual üslubunda hazırlanıb və bir qədər "Optima"-nı xatırladır. Banın silueti və ölçüləri saxlanılıb. İlkin məlumata görə, yeni nəsil enli təkər bazası alacaq ki, bu, salonu genişləndirməyə imkan verəcək.

Yeni "Rio" noyabr ayında Çində debüt edəcək və bir qədər sonra satışa çıxarılacaq. Yeniliyin mühərrik qammasına təkmilləşdirilmiş 1,4 və 1,6-litr olmaqla iki benzin mühərrik daxildir ki, onlar ya "avtomat", ya da "mexaniki" sürət qutuları ilə birgə işləyəcəklər. Bəzi şayiələrə görə, 1,2-litrlik turbo mühərrik də peyda ola bilər.
Milli.Az





Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/479639.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR