Neft üzrə ekspertlərin görüşü keçiriləcək

Neft üzrə ekspertlərin görüşü keçiriləcək
00:05 13 Noyabr 2016
89 Dünya
Ölkə mətbuatı
A- A+

"Neft bazarının sabitləşdirilməsinə dair məsləhətləşmələr keçirmək üçün ekspertlər arasında  görüş 26-28 noyabr tarixlərində keçirilə bilər. Görüşün konkret tarixi dəqiqləşdirilir". 

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Rusiyanın energetika naziri Aleksandr Novak deyib.  
"Mərhələli şəkildə irəliləmək lazımdır, növbəti mərhələ 26-28 noyabr tarixlərini əhatə edəcək. OPEK-in noyabrın 30-da keçiriləcək sammiti ərəfəsində ekspertlər bütün rəqəmləri bir daha nəzərdən keçirmək üçün növbəti dəfə bir araya gələcəklər", - deyə Novak qeyd edib.   
 
O, Rusiyanın həmin məsləhətləşmələrdə iştirak edəcəyini bildirib. Novak görüşdə qəbul ediləcək qərarlarla bağlı proqnoz verməkdən imtina edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/488905.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR