Millinin 4 futbolçusu göndərildi, Ramil Bakıya zədəli gəldi

Millinin 4 futbolçusu göndərildi, Ramil Bakıya zədəli gəldi
00:27 13 Noyabr 2016
132 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan milli komandasının 4 futbolçusu Şimali İrlandiya yığması ilə DÇ-2018-in seçmə qrup matçından sonra Belfastdan Bakıya qayıtmayıb. 
 
Bunlar Deniz Yılmaz, Dmitri Nazarov, Eddi İsrafilov və Emin Mahmudovdur. Onlar çıxış etdikləri əcnəbi klubların düşərgəsinə birbaşa yollanıblar. Kamran Ağayev, Pavel Paşayev və Ramil Şeydayev isə milli ilə birgə Azərbaycan paytaxtına dönüb. Şeydayev ayağını çəkə-çəkə hərəkət edib. Onun Şimali İrlandiya ilə oyunun ilk yarısında yüngül zədələndiyi və ikinci hissədə məhz bu səbəbdən əvəzləndiyi müəyyənləşib. Oyundan sonra digər futbolçulardan fərqli olaraq, Şeydayev milli formada yox, mülki geyimdə olması ilə də diqqət çəkib.
 
Qeyd edək ki, Şimali İrlandiya Azərbaycan millisinə böyük hesabla qalib gəlib - 4:0.(Sportnet.az)

Fanat.Az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-millinin-4-futbolcusu-gondrildi-ramil-bakya-zdli-gldi-t54107.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR