Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Prezident: "Erməmilər torpaqlarımızda normal həyat qura bilməyiblər və bilməyəcəklər"

Prezident: "Erməmilər torpaqlarımızda normal həyat qura bilməyiblər və bilməyəcəklər"

Date: 13 November 2016 01:29

“İşğal edilmiş Dağlıq Qarabağda və digər torpaqlarımızda məskunlaşan ermənilər bu gün səfalət içində yaşayırlar. O görüntülər bəzən televiziya və internet vasitəsilə yayımlanır - səfalət, yoxsulluq, işsizlik, ümidsizlik. Bizim torpağımızı zəbt ediblər, ancaq o torpaqlarda normal həyat qura bilməyiblər və bilməyəcəklər. Çünki o torpaq onlara məxsus deyil. Bu, bizim dədə-baba torpağımızdır. Biz o torpaqlara qayıdacağıq, necə ki, buraya - Horadizə qayıtdıq, Lələtəpəyə qayıtdıq. Digər torpaqlara da qayıdacağıq. Ona görə işğaldan azad edilmiş ərazilərdə ən müasir şəraiti yaratmaq bizim siyasətimizi əks etdirir və gücümüzü göstərir”.

 

APA-nın xəbərinə görə, bunu prezident İlham Əliyev noyabrın 12-də Füzuli rayon ictimaiyyətinin nümayəndələri və məcburi köçkünlər ilə görüşündə deyib.

 

Dövlət başçısı Horadizin bu gün abad, inkişafda olan şəhər olduğunu qeyd edib: “Horadizdə bir çox sosial obyektlər inşa edilib– Olimpiya İdman Kompleksi, Muğam Mərkəzi, Rəsm Qalereyası, Diaqnostika Mərkəzi, Gənclər Mərkəzi, Heydər Əliyev Mərkəzi, digər obyektlər. Füzuli rayonunun bütün infrastruktur məsələləri öz həllini tapıb. İçməli su, elektrik enerjisi məsələləri həll olunub”.  

 

Prezident Füzuli rayonunda 120 min ton taxıl yığıldığını xüsusi vurğulayıb: “Ancaq sovet vaxtında cəmi 40 min ton taxıl yığılırdı. Hələ rayonun yarısı işğal altındadır. Düzdür, o illərdə 120 min ton üzüm yığılırdı. İndi üzüm istehsalı yoxdur. O vaxt 200 tondan çox barama yetişdirilirdi. Biz baramaçılığı indi bərpa edirik. Biz o səviyyəyə yəqin ki, bir neçə ildən sonra çatmalıyıq.  Füzuli rayonunun potensialı çox böyükdür. İnsanlar da zəhmətkeşdir, vətənpərvərdir. Ona görə rayonun gələcək inkişafı ilə bağlı atılacaq addımlar Füzulini daha da gücləndirəcək. İndi kənd təsərrüfatının digər sahəsi – pambıqçılıq sürətlə inkişaf edir. Keçən il heç pambıq istehsalı yox idi”.


Tags:  Prezident Erməmilər torpaqlarımızda normal həyat qura bilməyiblər bilməyəcəklər


RƏYLƏR


Top news