Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

İlham Əliyev: “Qanunsuz zəbt edilmiş 200 min hektar torpaq insanlara qaytarılıb”

İlham Əliyev: “Qanunsuz zəbt edilmiş 200 min hektar torpaq insanlara qaytarılıb”

Date: 13 November 2016 01:34

“Mənim göstərişimlə qısa müddət ərzində 200 min hektardan çox torpaq sahəsi o torpaqları qanunsuz şəkildə zəbt edənlərin əlindən alınıb və insanlara verilib. Əgər kimsə boş torpağı zəbt edibsə, bilsin ki, əlindən alınacaq. Əgər əlindən alınmağını istəmirsə əkib-becərsin, həm özü pul qazansın, həm də ki, insanlara xeyir versin. Ancaq o torpaqları zəbt edənlər görünür, maraqlı deyillər ki, orada nəsə iş görsünlər. Görünür, onların pulu o qədərdir ki, o torpaqlardan pul qazanmaq fikrində deyillər. Ona görə bu proses davam edəcək”.

 

APA-nın xəbərinə görə, bunu prezident İlham Əliyev noyabrın 12-də Füzuli rayon ictimaiyyətinin nümayəndələri və məcburi köçkünlər ilə görüşündə deyib.

 

Dövlət başçısı birinci mərhələdə qanunsuz zəbt edilmiş 200 min hektar torpağı insanlara qaytarıldığını qeyd edib: “Çünki bu gün kənd təsərrüfatında gedən proseslər artıq öz bəhrəsini verir. Biz pambıqçılığı bərpa etmişik. Hava şəraitinin pisləşməsinə baxmayaraq, - oktyabr ayında aramsız yağışlar yağırdı, qoymurdu ki, məhsul yığılsın, - bu il 60 min ton, yəni, keçən illə müqayisədə iki dəfə çox pambıq tədarük edilib. Amma hələ ki, yığım gedir və biz istədiyimiz rəqəmə çatacağıq. Gələn il isə 250 min ton, bəlkə də 300 min ton pambıq yığılacaq. Biz pambıqçılığın şöhrətini qaytaracağıq”.  

 

“Gələcəkdə bizim planlarımız ondan ibarətdir ki, hər bir rayon özünü təmin edə bilsin. Yəni, bu gün rayonların bir çoxu dotasiya ilə yaşayır. İndi Azərbaycan dövlətinin gücü, maddi imkanları var, biz bunu edirik və edəcəyik. Ancaq hər bir rayon çalışmalıdır ki, öz hesabına yaşasın. Buna imkan var”, - deyə prezident vurğulayıb.


Tags:  İlham Əliyev Qanunsuz zəbt edilmiş 200 min hektar torpaq insanlara qaytarılıb


RƏYLƏR


Top news