Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Taekvondoçularımız Xorvatiyadan 5 medalla qayıdır

Taekvondoçularımız Xorvatiyadan 5 medalla qayıdır

Date: 13 November 2016 01:58

Xorvatiyanın Zaqreb şəhərində təşkil edilən ənənəvi “Croatia Open” beynəlxalq turnirinə yekun vurulub.

Publika.az xəbər verir ki, bu yarışda kişilərdən ibarət milli komandamız 7 idmançı ilə təmsil olunub. G1 kateqoriyalı beynəlxalq yarışda da təmsilçilərimiz uğurlu çıxış edərək 1 qızıl və 4 bürünc medala sahib olub.

Zaqreb şəhərinin “Arena Zaqreb” idman kompleksində keçirilən və sayca 22-ci olan açıq turnirdə baş məşqçi Reza Mehmandoust və böyük məşqçi Elnur Amanovun yetirmələrindən Avropa çempionu, XXXI Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Milad Beigi Hərçəqani fəxri kürsün qızıl pilləsinə qalxıb. 80 kq çəki dərəcəsində dayanq üzərinə çıxan Milad, rəqiblərindən Stojan Rabijac (17:8), Mario Zekic (12:0), Nikolaos Tzellos (12:3), İvan Karajlovic (18:4) və Roberto Bottaya şans verməyərək yarışın qızıl medalını qazanıb.

M.Hərçəqaninin komanda yoldaşlarından 63 kq çəki dərəcəsində mübarizəyə qatılan Məhəmməd Məmmədov, Səid Quliyev (-74 kq), Sina Pahrami (-68 kq) və Payam Qobadi Oğaz (-87 kq) isə yarımfinal mərhələyədək inamla irəliləsə də finala vəsiqə uğrunda qarşılaşdığı rəqiblər keçilməz olub.

Ayxan Tağızadə (-68 kq) Jure Pantar (9-1), Vasileios Gaitanisi (13:2) üstələsə də Məhəmməd Ketbi ilə mübarizədən məğlub ayrılıb. Zədələr səbəbindən uzun müddət yarışlara qatıla bilməyən Ramin Əzizov (-87 kq) isə özünü yaxşı tərəfdən göstərməyi bacarıb. Belə ki, Daniel Abbafati (16:4), Pablo Fernandez Eirası (6:1) məğlub edən Raminin yarımfinal uğrunda qarşılaşdığı rəqib Yassene Trabelsi olub. Maraqlı keçən mübarizədə qızıl xalı Trabelsi hesabına yazmağı bacarıb.

Qeyd edək ki, kişilərdən ibarət milli komandamız komanda hesabında ilk pilləyə sahib olub.

Pərviz Hikmət


Tags:  Taekvondoçularımız Xorvatiyadan medalla qayıdır

RƏYLƏR


Top news