Bakıda inzibati bina yanıb

Bakıda inzibati bina yanıb
08:22 13 Noyabr 2016
84 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı şəhəri, Səbail rayonunda ümumi sahəsi 480 m2 olan ikimərtəbəli inzibati binanın dam örtüyünün yanar konstruksiyaları 1 m2 sahədə, 2-ci mərtəbəsindəki otağın tavanı 21 m2 və arakəsmə divarı 2 m2 sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, yanğın zamanı yanğınsöndürənlər tərəfindən 5 nəfər sakin təxliyə olunub. Digər otaqlar və sexin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 19:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/488912.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR