Aktyor səhnədə təzim edib öldü

Aktyor səhnədə təzim edib öldü
09:12 13 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Rusiyanın əməkdar artisti Boris Lifanov Tver Akademik Dram Teatrının səhnəsində oynadığı tamaşadan dərhal sonra dünyasını dəyişib. Bu barədə "Report" gazeta.ru saytına istinadən xəbər verir.

"Boris Lifanov "Səkkiz sevən qadın" tamaşası bitdikdən sonra tamaşaçılara təzimdən sonra teatr səhnəsində vəfat edib", - teatrın yaydığı məlumatda bildirilir.

Qeyd edək ki, Boris Lifanov Tver Dram Teatrına 1983-cü ildə gəlib və həyatının 30 ilini həmin teatra həsr edib. Onun obrazları içərisində Çexovun "Çayka" əsərində Triqorin, Rıbakovun "Arbat uşaqları"nda Saşa Pankratov, Ostrovskinin "Qurdlar və qoyunlar"ında Berkutov və digər çoxsaylı məşhur rollar yer alıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/488915.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR