Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Rusiyada sərnişin avtobusu qəzaya düşdü: xeyli yaralı var

Rusiyada sərnişin avtobusu qəzaya düşdü: xeyli yaralı var

Date: 13 November 2016 09:17

Rusiyanın Sverdlovsk vilayətində baş verən yol qəzasında 13 nəfər xəsarət alıb.

APA-nın "Ura.ru"ya istinadən verdiyi xəbərə görə, qəza Nevyansk-Ayat magistral avtomobil yolunda baş verib. Hələlik məluma olmayan səbəbdən "VAZ 2114" markalı avtomobilin sürücüsü idarəetməni itirib, nəticədə maşın "QAZel" markalı sərnişin mikroavtobusuna çırpılıb.   
 
Qəza nəticəsində əksəriyyəti  "QAZel"-in sərnişinləri olmaqla 13 nəfər xəsarət alıb.
 
İki qadının vəziyyəti ağırdır.  "VAZ"ın sürücüsü də xəstəxanaya yerləşdirilib.
 
Araşdırma aparılır. 

Milli.Az


Tags:  Rusiyada sərnişin avtobusu qəzaya düşdü xeyli yaralı var

RƏYLƏR


Top news