Bir qəza 13 nəfəri yaraladı

Bir qəza 13 nəfəri yaraladı
09:23 13 Noyabr 2016
76 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiyanın Sverdlovsk vilayətində baş verən yol qəzasında 13 nəfər xəsarət alıb.

Publika.az xəbər verir ki, qəza Nevyansk-Ayat magistral avtomobil yolunda baş verib. Hələlik məlum olmayan səbəbdən “VAZ 2114” markalı avtomobilin sürücüsü idarəetməni itirib, nəticədə maşın “QAZel” markalı sərnişin mikroavtobusuna çırpılıb.

Qəza nəticəsində əksəriyyəti “QAZel”-in sərnişinləri olmaqla 13 nəfər xəsarət alıb. İki qadının vəziyyəti ağırdır. “VAZ”ın sürücüsü də xəstəxanaya yerləşdirilib.

Araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/175732.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR