Moldovada prezident seçkiləri keçirilir

Moldovada prezident seçkiləri keçirilir
09:32 13 Noyabr 2016
62 Dünya
Ölkə mətbuatı
A- A+

Bu gün Moldovada prezident seçkilərinin ikinci turu üzrə səsvermə başlayıb. 

APA-nın "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, prezident seçkilərinin oktyabrın 30-da keçirilən birinci turunda ən çox səs toplamış iki namizəd  - sosialistlərin lideri İqor Dodon (47,98 faiz) və Həmrəylik və Fəaliyyət Partiyasının sədri Mayya Sandu (38,71 faiz) prezident kürsüsü uğrunda mübarizə aparırlar.
 
Seçkilərin ikinci turunda ən çox səs toplayan namizəd 4 il müddətinə  prezident seçiləcək. Seçki məntəqələri yerli vaxtla saat 7.00-da açılıb, səsvermə yerli vaxtla saat 21.00-da başa çatacaq. Ölkədə 1981 seçki məntəqəsi var. Xarici ölkələrdəki vətəndaşların səs verməsi üçün isə 100 seçki məntəqəsi açılıb. Bakıdakı Moldova səfirliyində seçki məntəqəsi açılıb.

Milli.Az
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/488918.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR