DÇ-2018: Daha 8 oyun və Əliyar Ağayev...

DÇ-2018: Daha 8 oyun və Əliyar Ağayev...
09:48 13 Noyabr 2016
108 İdman
Ölkə mətbuatı
A- A+

2018-ci il dünya çempionatının Avropa üzrə seçmə qrup mərhələsinin IV turuna bu gün yekun vurulacaq. Son oyun günündə 8 qarşılaşma keçiriləcək.

Publika.az xəbər verir ki, A qupunda 4 xalla 3-cü pillədə qərarlaşan Hollandiya sonuncu yerdəki Luksemburqun qonağı olacaq. Qonaqlar səfər qələbəsi sayəsində İsveçlə xallarını eyniləşdirəcək. Bolqarıstan isə Belarusu qəbul edəcək. Bu komandalardan məğlub olani 5-ci yerdə olacaq. Qrupun digər oyununda isə Fransa İsveçi 2:1 hesabı ilə məğlub edib.

B qrupunun lideri İsveçrə Farer adalarını sınağa çəkəcək. Meydan sahibləri qələbə qazanacağı təqdirdə ilk pillədə möhkəmlənəcək. Sonuncu Avropa çempionu Portuqaliya evdə Latviya ilə qarşılaşacaq. Digər oyunda isə sonuncu pillədəki Andorra Macarıstanın qonağı olacaq.

H qrupunun liderləri bu tur evdə meydana çıxacaqlar. Belçika Estoniyanı, Yunanıstan isə Bosniya və Herseqovinanı qonaq edəcək. Aktivində xal olmayan Kipr isə digər xalsız komanda Cəbəllütariqlə münasibətlərinə aydınlıq gətirəcək. Bu oyunu azərbaycanlı FİFA referisi Əliyar Ağayev idarə edəcək. Onun köməkçiləri Rza Məmmədov, Zeynal Zeynalov və Orxan Məmmədov olacaq.

DÇ-2018. Seçmə mərhələ, 4-cü tur

A qrupu

21:00. Luksemburq - Hollandiya

21:00. Bolqarıstan - Belarus

Fransa - 10. İsveç - 7. Hollandiya - 4. Bolqarıstan - 3. Belarus - 2. Luksemburq - 1.

B qrupu

21:00. Macarıstan - Andorra

21:00. İsveçrə - Farer adaları

21:45. Portuqaliya - Latviya

İsveçrə - 9. Portuqaliya - 6. Macarıstan - 4. Farer adaları - 4. Latviya - 3. Andorra - 0.

H qrupu

21:00. Kipr - Cəbəllütariq

23:45. Yunanıstan - Bosniya və Herseqovina

23:45. Belçika - Estoniya

Belçika - 9. Yunanıstan - 9. Bosniya və Herseqovina - 6. Estoniya - 3. Kipr - 0. Cəbəllütariq - 0.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/175733.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR