Parisin "Bataklan" konsert zalı terror aktından sonra yenidən açılıb

Parisin "Bataklan" konsert zalı terror aktından sonra yenidən açılıb
09:57 13 Noyabr 2016
55 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 13 noyabr. REPORT.AZ/ Parisdə 120 nəfərin ölümü ilə nəticələnən terror aktının ildönümündə Stinqin konserti ilə yenidən fəaliyyətə başlaycaaq "Bataklan" konsert zalı qarşısında növbə yaranıb.
"Report" BBC-yə istinadən xəbər verir ki, insanlar konsertin keçiriləcəyi binanın qarşısına gül dəstələri və şam aparırlar.
Zalın qarşısına toplaşanlar arasında 13 noyabr 2015-ci il tarixində Parisdə edilən terror hücumu nəticəsində ölənlərin qohumları, dostları və yaxınları var.
Silsilə terror aktına görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/parisin-bataklan-konsert-zali-terror-aktindan-sonra-yeniden-acilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR