Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Hərbi hissə və birləşmələrində andiçmə mərasimi keçirilir

Hərbi hissə və birləşmələrində andiçmə mərasimi keçirilir

Date: 13 November 2016 10:04

Bu gün Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissə və birləşmələrdə gənc əsgərlərin andiçmə mərasimi keçirilir. Lent.az Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, Əlahiddə Ümumqoşun Ordusunun və birliklərin hərbi hissələrinin ərazilərində keçiriləcək mərasimlərdə hərbi rituala uyğun olaraq gənc əsgərlər təntənəli surətdə hərbi andı qəbul edəcəklər.

Andiçmə mərasimlərində hərbi hissələrin komandanlığı, yerli icra orqanlarının və ictimaiyyətin nümayəndələri, veteranlar, əsgər valideynləri iştirak edəcək, mədəni-kütləvi tədbirlər keçiriləcək və valideynlər hərbi hissələrdə yaradılmış şəraitlə də tanış olacaqlar.


Tags:  Hərbi hissə birləşmələrində andiçmə mərasimi keçirilir


RƏYLƏR


Top news