Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Bolqarıstanda prezident seçkilərinin ikinci turu keçirilir

Bolqarıstanda prezident seçkilərinin ikinci turu keçirilir

Sorğu: Makron Fransada seçkilərin hər iki turunda qələbə qazanacaq (09 Mart 2017 13:17)
Prezidentliyə namizəd Avropa üçün 2 böyük təhlükəni açıqladı (06 Mart 2017 10:53)
Fransa da Avropa Birliyindən çıxa bilər – prezidentliyə namizəd PLANINI AÇIQLADI (24 Fevral 2017 11:03)

Tarix: 13 Noyabr 2016 10:12

Sofiya. 13 noyabr. REPORT.AZ/ Bolqarıstanda prezident seçkilərinin ikinci turuna start verilib.
“Report”un Şərqi Avropa bürosu xəbər verir ki, prezident postu uğrunda Bolqarıstan Sosialist Partiyasının üzvü, Hərbi Hava Qüvvələrinin sabiq komandanı Rumen Radev və hakim “Vətəndaşlar Bolqarıstanın Avropa inkişafı uğrunda” (GERB) Partiyasının namizədi, Xalq Yığıncağının sədri xanım Tsetska Tsaçeva mübarizə aparacaq.
“Gallup İnternational” agentliyinin ölkədə keçirdiyi sorğunun nəticələrinə əsasən, Rumen Radev 55 faiz səslə seçkinin favoriti hesab olunub. O, rəqibi Tsetska Tsaçevanı 10 faiz səslə qabaqlayıb.
Bolqarıstan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, seçki siyahılarına səsvermə hüququna malik 7 milyon seçicinin adı daxil edilib.
Xatırladaq ki, ötən həftə keçirilən prezident seçkilərinin birinci turunda Rumen Radev seçicilərin 25,76 faiz, Tsetska Tsaçeva isə 21,97 faiz səsini toplayıb. Səsəvermədə təxminən 4 milyon seçici iştirak edib.

Teqlər:  Bolqarıstanda prezident seçkilərinin ikinci turu keçirilir



RƏYLƏR


Top xəbərlər