Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Əməliyyat olunan uşağın ayağında iynə qalıb - AZƏRBAYCANDA - VİDEO - FOTO

Əməliyyat olunan uşağın ayağında iynə qalıb - AZƏRBAYCANDA - VİDEO - FOTO

Date: 13 November 2016 10:19

Şamaxı rayon Muğanlı kənd sakini Soltanlı Manafın ayağına diqqətizlik nəticəsində evdə iynə batıb. Lent.az ARB-yə istinadən xəbər verir ki, uşağın harayına gələn atası onu Şamaxı rayon Mərkəzi xəstəxanasına gətirib. Manaf rentgen müayinəsindən keçib və onun sağ ayağının baş barmağ nahiyyəsində yad cisim olduğu təsbit edilib. Dərhal əməliyyat otağına aparılan Manafın ayağında cərrahiyə əməliyatı aparılıb.

 

Azyaşlının valideyni Vüsal Soltanlının sözlərinə görə, əməliyyatdan bir neçə gün sonra uşağın ayağında şişlər yaranıb, o təkrar Manafı Şamaxı rayon mərkəzi xəstəxanasının cərrahiyə şöbəsinə gətirib.

 

Məlum olub ki, ikinci əməliyyatdan sonra rentgen müayinəsi olan Manafın ayağında aşkarlanan iynə parçası ailənin qəzəbinə səbəb olub. Cərrahiyə əməliyyatını icra edən həkim yad cisimin olduğun təsdiqləyib amma onun uşağın sağlamlığı üçün təhlükə olmadığını bildirilir. Əməliyyatı icra edərkən həkimə pul vermədiyini deyən xəstə yaxınları yalnız bu iynənin Manaf üçün təhlükəli olmadığını təsdiq edən tibbi arayış tələb ediklərini bildiriblər. Uşağın valideynləri isə bu əməliyyatı həyata keçirən həkimi şikayət edib. Cərrah da öz növbəsində xəstə yaxınlarının təziqlərindən bezdiyini və ona qarşı edilən şantajları dilə gətirərək Vüsal Soltanlını prokrorluğa şikayət edib.

 

Hazırda Şamaxı rayon prokurorluğunda sözügedən hadisə ilə bağlı cinayət işi açılıb. Fakt araşdırılır.






Tags:  Əməliyyat olunan uşağın ayağında iynə qalıb AZƏRBAYCANDA VİDEO FOTO


RƏYLƏR


Top news