Türkiyə öz vətəndaşlarını ABŞ-a səfər zamanı ehtiyatlı olmağa çağırıb

Türkiyə öz vətəndaşlarını ABŞ-a səfər zamanı ehtiyatlı olmağa çağırıb
11:02 13 Noyabr 2016
73 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 13 noyabr. REPORT.AZ/ Türkiyənin Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarını Birləşmiş Ştatlara səfər zamanı ehtiyatlı olmağa çağırıb.
"Report" "Anadolu"ya istinadən xəbər verir ki, xarici siyasət idarəsinin məlumatına görə, burada söhbət, xüsusilə Nyu-York, Çikaqo, Filadelfiya, Mayami, Los-Anceles, Sietl, Oklend və Portlend kimi iri şəhərlərdən gedir.
ABŞ-da Donald Trampın qələbəsi ilə yekunlaşan prezident seçkilərindən sonra etiraz aksiyaları davam edir.
"İnsidentlər və sosial gərginlikdən irəli gələn risklərlə əlaqədar olaraq, ABŞ-da yaşayan, həmçinin bu ölkəyə səfər etməyi planlaşdıran Türkiyə vətəndaşları xüsusilə ehtiyatlı olmalıdırlar", - deyə XİN-in yaydığı xəbərdarlıq mətnində bildirilir.

Xəbərin orijinal ünvanı: https://report.az/region/turkiye-oz-vetendaslarini-abs-a-sefer-zamani-ehtiyatli-olmaga-cagirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR