Xalq artistinin arvadı: "Evimi satıb, pulunu xərclədi"

Xalq artistinin arvadı: "Evimi satıb, pulunu xərclədi"
11:17 13 Noyabr 2016
257 Şou
Ölkə mətbuatı
A- A+

"İkiotaqlı evim var idi. Rəmiş 6 min dollara satıb, pulunu xərclədi".

Axşam.az-ın məlumatına görə, bu sözləri xalq artisti Rafiq Hüseynovun (Rəmiş) xanımı Gülü deyib. 

O bildirib ki, gitara ifaçısı onun şəxsi evini satıb, pulunu götürüb:

"Rəmiş məni atıb getdi. 17 ildən sonra geri qayıtdı. Onda evim var idi. Bir otaq idi, iki otağa düzəltdirmişdim. Rəmiş dedi ki, sənin evində qala bilmərəm, deyərlər, kişi arvad evində qalır, satım. Dedim, necə istəyirsən, et. Satdı, getdi Masallıya. Bir həftədən sonra zəng vurdu ki, 200 dollar tap, gəl, benzin almağa pulum yoxdur".

Gülü xanım bəzilərinin onları ayırmaq istədiklərini deyib:

"Bizi indi də ayırmaq istəyirlər. Rəmiş məni atıb getsə, özümü öldürərəm, yaşamaram. Mənim heç kimim yoxdur. Valideynlərim dünyasını dəyişib. Bir Allahım, bir Rəmişim var".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/488933.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR