Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Moldovada prezident seçkisinin ikinci turu keçiriləcək

Moldovada prezident seçkisinin ikinci turu keçiriləcək

Date: 13 November 2016 11:17

Kişinyov. 13 noyabr. REPORT.AZ/ Moldovada prezident seçkilərinin ikinci turuna start verilir.
“Report”un Şərqi Avropa bürosunun məlumatına görə, bu turda prezident vəzifəsi uğrunda mübarizə Rusiyayönümlü Sosialistlər Partiyasının sədri İqor Dodon və Moldovanın Avropaya inteqrasiya xəttini tutan Fəaliyyət və Həmrəylik Partiyasının sədri Mayya Sandu arasında gedəcək.
Ölkədə seçkiöncəsi keçirilən sosioloji sorğuların nəticələrinə görə, əhalinin təqribən 50 faizi İ.Dodonun, 40 faizi isə M.Sandunun namizədliyini dəstəkləyir.
Moldova Mərkəzi Seçki Komissiyasının məlumatına görə, ölkə üzrə 3,2 milyon seçici səsvermə hüququna malikdir. Moldova üzrə 1981, ölkə hüdudlarından kənar, Azərbaycan da daxil olmaqla, daha 100 seçki məntəqəsi yaradılıb. Prezident seçkisinin ikinici turunun təşkilinə dövlət büdcəsindən 2 milyon ABŞ dolları ayrılıb.
Xatırladaq ki, oktyabrın 30-da keçirilən prezident seçkisinin birinci turunda İqor Dodon seçicilərin 47,98 faiz, Mayya Sandu isə 38,71 faiz səsini toplayıb.


Tags:  Moldovada prezident seçkisinin ikinci turu keçiriləcək

RƏYLƏR


Top news