Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Türkiyədən ABŞ-a səfər edənlərə xəbərdarlıq

Türkiyədən ABŞ-a səfər edənlərə xəbərdarlıq

Date: 13 November 2016 11:32

Türkiyənin Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarını Birləşmiş Ştatlara səfər zamanı ehtiyatlı olmağa çağırıb.

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, xarici siyasət idarəsinin məlumatına görə, burada söhbət, xüsusilə Nyu-York, Çikaqo, Filadelfiya, Mayami, Los-Anceles, Siettl, Oklend və Portlend kimi iri şəhərlərdən gedir.
ABŞ-da Donald Trampın qələbəsi ilə yekunlaşan prezident seçkilərindən sonra etiraz aksiyaları davam edir.
"İnsidentlər və sosial gərginlikdən irəli gələn risklərlə əlaqədar olaraq, ABŞ-da yaşayan, həmçinin bu ölkəyə səfər etməyi planlaşdıran Türkiyə vətəndaşları xüsusilə ehtiyatlı olmalıdırlar", - deyə XİN-in yaydığı xəbərdarlıq mətnində bildirilir.

Milli.Az


Tags:  Türkiyədən ABŞ-a səfər edənlərə xəbərdarlıq

RƏYLƏR


Top news