Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

İki küsülü rejissor barışıb

İki küsülü rejissor barışıb

Date: 13 November 2016 11:36

Bir müddətdir küsülü olan rejissorlar Şahin Zəkizadə və Aqil M.Quliyev barışıb.

Axşam.az-ın məlumatına görə, qan xərçəngindən əziyyət çəkən Ş.Zəkizadə bacısı və xəstəliyi ilə bağlı status yazıb. Rejissorun həmin sözlərinə şərh yazan Aqil M.Quliyev barışıq addımı atıb. O, Ş.Zəkizadədən üzr istəyib:

"Allah şəfa versin. Üzrlü saysan minnətdar olaram. Sən xəstə olduğun ərəfədən mən Bakıda deyiləm və yaxın ərəfədə də olmayacam. Bilirsən ki, sənin xətrini çox istəmişəm. Səninləyəm dost".

Ş.Zəkizadə "Əsas insanın qəlbi xəstə olmasın. Sənin burda üzr istəməyin mənim küsülülüyümü yox etdi. Allah bütün xəstələrə şəfa versin" deyə, cavab verib.

Qeyd edək ki, Ş.Zəkizadə xəstəxanada yatan gündən həmkarının onunla əlaqə saxlayıb, hal-əhval tutmadığı üçün ondan incimişdi.

Xatırladaq ki, qan xərçəngindən əziyyət çəkən rejissor hazırda müalicəsini davam etdirir.




Tags:  İki küsülü rejissor barışıb

RƏYLƏR


Top news