İş üçün gəlmişdi, döyüldü, zorlandı

İş üçün gəlmişdi, döyüldü, zorlandı
11:42 13 Noyabr 2016
214 Ölkə
Ölkə mətbuatı
A- A+

Zorlamada təqsirli bilinən Şabran rayon sakini, 1981-ci il təvəllüdlü Rövşən Əliməmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

Teleqraf.com xəbər verir ki, Rövşən Əliməmmədov istintaqla müəyyən edilməyən mənbədən özünə ictimai iaşə obyektində münasib iş axtaran, əvvəllər tanımadığı Sevda Babayevanın (ad və soyad şərti verilib) mobil nömrəsini əldə edib. O, özünün istifadəsində olan mobil nömrə vasitəsi ilə 2014-cü ilin yanvar ayının əvvəllərində Sevda Babayeva ilə əlaqə yaradıb. 

Rövşən Əliməmmədov Sevda Babayevaya SMS göndərmək və telefon danışığı aparmaqla işlədiyi kafeyə təcili qabyuyan tələb olunduğunu bildirib. 

O, 2014-cü ilin yanvarın 16-da, təxminən saat 17.00-da qabyuyan kimi işə düzəltmək adı ilə aldadaraq Sevda Babayevanı özünün gözətçi işlədiyi Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən "Narzan" restoranına çağırıb. Rövşən Əliməmmədov restoranın yaxınlığında Sevda Babayevanı qarşılayıb və həmin restorana gətirib. O, guya işin şərtlərini razılaşdırmaq üçün Sevda Babayevanı  gözətçi otağına dəvət edib. 

Daha sonra Rövşən Əliməmmədov orada tək spirtli içki qəbul edib, sonra Sevda Babayevaya onunla cinsi əlaqədə olmağı təklif edib. 

Amma Sevda Babayeva onun təklifinə etirazını bildirib. Bu zaman Rövşən Əliməmmədov gözətçi otağının qapısını içəridən bağlayıb və kafenin mətbəxindən götürdüyü bıçaqla Sevda Babayevanı hədələyib. Rövşən Əliməmmədov cinsi əlaqədə olmaq barədə tələbi ilə razı olmayacağı təqdirdə Sevda Babayevanı öldürəcəyini bildirib. 

Sonra Rövşən Əliməmmədov Sevda Babayevaya qarşı zor tətbiq edib, cinsi əlaqədə olmaq niyyətini həyata keçirmək üçün saçından tutaraq dartıb. O, kafenin həyətindən götürdüyü bel sapı ilə Sevda Babayevanın bədəninin müxtəlif nahiyələrinə zərbələr endirib. 

Rövşən Əliməmmədov bu hərəkətləri ilə Sevda Babayevaya çoxsaylı bədən xəsarətləri yetirib və daha sonra müqavimətini sındıraraq, onunla cinsi əlaqədə olub. Təcavüzə məruz qalan Sevda Babayeva hüquq-mühafizə orqanlarına müraciət edib. Onun müraciəti əsasında Rövşən Əliməmmədov həbs edilib. 

Rövşən Əliməmmədov Cinayət Məcəlləsinin 149.2.4-cü (zərərçəkmiş şəxsi və ya başqa şəxsləri öldürmə və ya sağlamlığa ağır zərər vurma hədəsi ilə, habelə xüsusi amansızlıqla zorlama) maddəsi ilə ittiham edilib. 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rövşən Əliməmmədov 6 il müddətinə azadlıqdan məhrum edilib. 

Hökmdən narazı qalan Rövşən Əliməmmədov apellyasiya şikayəti verib. O, barəsində olan hökmün ləğv edilməsini, yeni, ədalətli hökm çıxarılmasını istəyib. 

Sumqayıt Apellyasiya Məhkəməsində hakim İlham Həsənovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, Rövşən Əliməmmədovun şikayəti təmin edilməyib. 

Bundan sonra Rövşən Əliməmmədov kassasiya şikayəti verib. O, Sumqayıt Apellyasiya Məhkəməsinin qərarının ləğv edilməsini, barəsində yeni, ədalətli qərar qəbul edilməsini xahiş edib. 

Rövşən Əliməmmədovun kassasiya şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib. Hakim Fərhad Kərimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, Rövşən Əliməmmədovun şikayəti təmin edilməyib.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

İŞİD-in 96 üzvü əfv edildi - Gözlənilməz qərar - FOTOLAR

23 Avqust 2017 06:33

ABŞ-ın müdafiə naziri Ukraynaya gəlir

23 Avqust 2017 06:14

İspaniyada naməlum sürücü avtomobilini polis maşınına çırpıb

23 Avqust 2017 06:07

Bu ilin 6 ayında Azərbaycana gəlmiş ƏCNƏBİLƏRİN SAYI AÇIQLANDI

23 Avqust 2017 06:03

Təzə ana olan Beyons bədənini göstərdi

23 Avqust 2017 05:59

Maduro Papadan kömək istədi - ABŞ-ın hücumunun qarşısını almaq üçün

23 Avqust 2017 05:33

Sabiq baş nazir azadlığa buraxıldı

23 Avqust 2017 05:29

Bakıda üç qardaş salam vermədiklərinə görə bıçaqlanıb

23 Avqust 2017 05:17

Hamilə idmançıdan yeni FOTOLAR

23 Avqust 2017 05:03

Liviyanın oğurlanmış keçmiş baş naziri azad edilib

23 Avqust 2017 05:02

Netanyahu Putinlə İranı müzakirə edəcək

23 Avqust 2017 04:54

Paris son 10 ildə turistlərin sayına görə rekord vurub

23 Avqust 2017 04:33

"Astana" və "Başakşəhər" ÇL-in qapısını bərk çırpdı - GECƏNİN NƏTİCƏLƏRİ

23 Avqust 2017 04:07

Məşhur aparıcı parıltılı bikinisi ilə diqqət çəkdi - FOTOLAR

23 Avqust 2017 04:03

Bayram Kürdəxanılını maşın vurub öldürdü

23 Avqust 2017 03:29

İrlandiyada sürücü avtomobili piyadaların üzərinə sürüb: xəsarət alanlar var

23 Avqust 2017 03:27

Putin Sarkisyanla danışıqlar aparacaq

23 Avqust 2017 03:14

Ruslara qarşı vuruşan partizanlar - Azərbaycanda kəndli üsyanları

23 Avqust 2017 03:03

ABŞ Rusiyada vizaların verilməsini dayandırır

23 Avqust 2017 02:44

Meyxana ustası Bayram Kürdəxanılını avtomobil vurub

23 Avqust 2017 02:42

Oksana Rəsulovadan “Yay qızı” layihəsi – FOTOLAR

23 Avqust 2017 02:33

“Nörmand dördlüyü”nün danışıqları oldu

23 Avqust 2017 02:09

“WhatsApp”da statuslar rəngli olacaq

23 Avqust 2017 02:03

Azərbaycan və Aİ arasında yeni Saziş üzrə növbəti danışıqlar sentyabrda keçiriləcək

23 Avqust 2017 01:45

Maduro Papadan ABŞ-ın hücumunun qarşısını almaq üçün kömək istəyib

23 Avqust 2017 01:42

Tillerson: "Rusiya "Taliban"ı silahlandırır"

23 Avqust 2017 01:34

Çempionlar Liqası: 5 oyunun nəticəsi bəlli oldu, gözlər sabah "Qarabağ" oyununda

23 Avqust 2017 01:33

Türkiyədə üzüm bağında 6 nəfəri ildırım vurub

23 Avqust 2017 01:18

Azərbaycan neftinin qiyməti 54 dollara çatır

23 Avqust 2017 01:03

Bu gün Füzulinin işğal olunduğu gündür

23 Avqust 2017 00:56

Çempionlar Liqası: Qrup mərhələsinə vəsiqə qazanan 5 komandanın adı məlum olub

23 Avqust 2017 00:47

Rusiya və Türkiyə xeyli kontraktlar razılaşdırdılar

23 Avqust 2017 00:39

Füzuli və Cəbrayıl rayonlarının işğalından 24 il ötür

23 Avqust 2017 00:33

İŞİD-in 96 üzvü əfv edildi -

23 Avqust 2017 00:30

Poroşenko Donbasda yeni atəşkəs rejimi təklif etmək niyyətindədir

23 Avqust 2017 00:18

Uşaq 2-ci mərtəbədən yıxıldı: xəstəxanalı oldu

23 Avqust 2017 00:09

Astroloji proqnoz - 23 avqust

23 Avqust 2017 00:08

"Türyançay" qoruğu yangından mühafizə edildi

23 Avqust 2017 00:04

Bakıda nəhəng söküntü qərarı: paytaxtın 9 rayonunda köhnə binalar söküləcək

23 Avqust 2017 00:03

Ermənilərin Cəbrayıl və Füzuli rayonlarını işğal etməsindən 24 il ötür

23 Avqust 2017 00:02

Çində dünyada ilk onlayn-məhkəmə fəaliyyətə başlayıb

23 Avqust 2017 00:02

DÇ-2017: Elvin Mürsəliyev bürünc medal qazandı

22 Avqust 2017 23:48

Dənizdə batan şəxs xilas edilib -

22 Avqust 2017 23:43

Azərbaycan və Aİ arasında yeni Saziş üzrə növbəti danışıqlar sentyabrda keçiriləcək

22 Avqust 2017 23:33

Azərbaycan yanğınsöndürənlərinin digər qüvvələri Gürcüstanda meşə yanğınlarının söndürülməsi prosesinə qoşulacaqlar

22 Avqust 2017 23:32

Amerikalı hərbçilərin cəsədləri tapıldı -

22 Avqust 2017 23:30

Poroşenkodan Donbasa dair yeni təklif

22 Avqust 2017 23:19

Qurban Qurbanov: "Bu oyunda daha çox güc sərf etməliyik, şansımız var"

22 Avqust 2017 23:18

Azərbaycan güləşçisi dünya çempionatında medal qazanıb

22 Avqust 2017 23:17

“Kopenhagen”də olduqca güclüdü" - Miçel

22 Avqust 2017 23:07