Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Jurnalist reportaj hazırlayarkən həlak oldu

Jurnalist reportaj hazırlayarkən həlak oldu

Date: 13 November 2016 12:03

İran dövlət televiziyasının (İRİB) müxbiri Möhsen Xəzayi Suriyanın Hələb şəhərində reportaj hazırlayarkən həlak olub.

İRİB-in verdiyi məlumata görə, müxbirin yaxınlığında terrorçular tərəfindən atılan top mərmisi partlayıb. Partlayış nəticəsində müxbir həlak olub, ağır yaralanan operator Tamir Sənduq isə xəstəxanaya yerləşdirilib.

Möhsen Xəzayi Suriyada həlak olan ilk iranlı jurnalist deyil. Belə ki, 2013-cü ildə tədqiqatçı jurnalist və rejissor Hadi Bağbani Suriyada davam edən vətəndaş müharibəsi haqqında sənədli film çəkmək üçün Dəməşqə getmiş və orada terrorçular tərəfindən qətlə yetirilmişdi.

Xatırladaq ki, hər iki jurnalistə şəhid adı verilib. (Azərtac)


Tags:  Jurnalist reportaj hazırlayarkən həlak oldu

RƏYLƏR


Top news