Sabah Bakıda və Abşeron yarımadasında 20 dərəcəyədək isti olacaq

Sabah Bakıda və Abşeron yarımadasında 20 dərəcəyədək isti olacaq
12:17 13 Noyabr 2016
137 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 13 noyabr. REPORT.AZ/ Noyabrın 14-də Bakıda və Abşeron yarımadasında, eləcə də, respublikanın bölgələrində gözlənilən hava şəraiti açıqlanıb.
"Report" Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, sabah yarımada ərazisində havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Proqnoza görə, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturunun gecə 9-12° isti, gündüz 15-18° isti, Bakıda gecə 10-12° isti, gündüz 16-18° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 764 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 80-90 %, gündüz 55-65 %-ə bərabər olacaq.
Azərbaycanın rayonlarında hava, əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Lakin gecə və səhər Lənkəran-Astara zonasında çiskinli yağış yağacağı ehtimalı var. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 5-10° isti, gündüz 15-20° isti, dağlarda gecə 3-8° isti, gündüz 13-18° isti olacağı gözlənilir.

Xəbərin orijinal ünvanı: https://report.az/ekologiya/sabah-bakida-ve-abseron-yarimadasinda-20-dereceyedek-isti-olacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR