Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Millimizin kapitanı: "Ümidliyik, şanslarımız da qalır"

Millimizin kapitanı: "Ümidliyik, şanslarımız da qalır"

Date: 13 November 2016 12:42

DÇ-2018-in seçmә mәrhәlәsi çәrçivәsindә Azәrbaycan millisi Şimali İrlandiyaya 0:4 hesabı ilә uduzub.

Yığmamızın kapitanı Rahid Әmirquliyev matçla bağlı fikirlәrini "Qafqazinfo"ya açıqlayıb.

Tәcrübәli futbolçu rәqibin belә oynayacağını bildiklәri halda qarşısını almaqda aciz qaldıqlarını deyib: "Çәtin oyun oldu. Rәqibin ikinci mәrtәbәdә güclü olduğunu, standart vәziyyәtlәrә bel bağlayacağını öncәdәn tәsәvvür etmәk çәtin deyildi. Amma bilә-bilә onlara mane olmaqda çәtinlik çәkdik. Hәmçinin çox sәhvlәrimiz oldu. Böyükhesablı mәğlubiyyәt sәhvlәrimizin nәticәsi idi".

Yarımmüdafiәçi 0:4 hesablı mәğlubiyyәtin komandaya pis tәsir edәcәyini deyib: "Әlbәttә ki, belә mәğlubiyyәt pis tәsir edәcәk. Amma unutmayaq ki, biz 4 oyundan 3-nü sәfәrdә oynamışıq. Evdә daha çox matçlarımız var. Ona görә dә ümidliyik, şanslarımız da qalır. Almaniya ilә növbәti matç çox çәtin olacaq. Çünki onlar dünya çempionatının 3 әn güclüsündәn biridir. Amma qarşılaşmaya çox vaxt var. Çox ciddi hazırlaşacağıq".

Milli.Az


Tags:  Millimizin kapitanı Ümidliyik şanslarımız qalır

RƏYLƏR


Top news