Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Gözlərimiz olmasa?..

Gözlərimiz olmasa?..

Date: 13 November 2016 12:52

13 noyabrın dünyada Beynəlxalq Gözdən Əlillər Günü kimi qeyd olunur.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu günün Beynəlxalq Gözdən Əlillər günü kimi qeyd olunması Valentin Qayuinin adı ilə bağlıdır. 1745-ci il noyabrın 13-də anadan olan Valentin Qayuin dünyada ilk dəfə öz hesabına gözdən əlillər üçün qabarıq şriftlər yaradıb. 1784-cü ildə isə öz evində görmə qüsuru olan işçilərin emalatxanası adlı məktəb açan Qayuin ixtira etdiyi şriftlərdən istifadə etməklə onlara təlim keçib.
 
Azərbaycanda Gözdən Əlillər Cəmiyyəti 2002-ci ildən fəaliyyət göstərir. 1981-ci il iyunun 1-də Korlar Cəmiyyətinin təşəbbüsü ilə həmin cəmiyyətin tabeliyində "Mərkəzi Respublika Korlar Kitabxanası" fəaliyyətə başlayıb. Kitabxananın vəzifəsi I və II qrup gözdən əlillərə kitabxana-informasiya xidməti göstərməkdir. Tam fiziki imkansız olanlara isə səyyar kitabxana xidməti göstərilir.
 
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının statistik göstəricilərinə əsasən, dünya əhalisinin 160 milyonu gözdən əlildir. Hal-hazırda ölkəmizdə 30 mindən çox görmə qüsurlu şəxs var.

Milli.Az


Tags:  Gözlərimiz olmasa

RƏYLƏR


Top news