Qarın piyindən xilas edən yağ: 1 aya 15 kilo!

Qarın piyindən xilas edən yağ: 1 aya 15 kilo!
13:22 13 Noyabr 2016
2407 Ölkə
Ölkə mətbuatı
A- A+

Britaniyalı alimlər qarın piyini əridən unikal vasitə tapıblar.

ATV.az "The İndependent"ə istinadən xəbər verir ki, elm adamları şərti olaraq kanola adlandırdıqları yemək yağı hazırlayıblar. İddialara görə, bir ay ərzində bu yağdan istifadə edən insanlar qarın piyindən azad olurlar.

Bildirilir ki, kanola bitkisindən alınan eyni adlı yağdakı enerjinin zənginliyi zeytun yağı ilə müqayisədə iki dəfə arzdır. Maraqlısı budur ki, kanolanın tərkibindəki turşular məhz qarın nahiyəsindəki piyləri hədəfə alır. Araşdırmalara könüllü olaraq cəlb olunan insanlarda yüksək nəticə əldə edilib. Kanola yağı onların yalnız qarın nahiyəsindəki piylərini əridib. 1 ay ərzində testdə iştirak edən şəxslər 15 kq-a qədər arıqlaya biliblər.

Məlumata görə, insanlar yağı yemək və salatlara əlavə etməklə qəbul edə bilərlər. Kanolanı müxtəlif kokteyllərə də qatmaq olar. Elm adamlarının fikrincə, qarın nahiyəsindəki piylər ürək-damar xəstəlikləri və diabetə yol açdığından, kanola onlara qarşı mübarizədə əvəzsiz vasitədir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/health/488956.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR