Qubada gənc oğlan at arabasının altında qalıb

Qubada gənc oğlan at arabasının altında qalıb
15:12 13 Noyabr 2016
185 Ölkə
Ölkə mətbuatı
A- A+

Quba. 13 noyabr. REPORT.AZ/ Quba rayonunda 30 yaşlı gənc arabanın altında qalıb.
"Report"un Şimal bürosu xəbər verir ki, rayonun Alekseyevka kənd sakini, 1986-cı il təvəllüdlü Quliyev Şahin Şamil oğlu bağdan meyvə daşıyarkən, ata qoşulmuş arabanın altında qalıb.
Quba Mərkəzi Rayon Xəstəxanasından "Report"a verilən məlumata görə, yaralı "qarının küt travması, sağ qaş üstü nahiyəsinin cırılmış - əzilmiş yaraları" diaqnozu ilə qəbul olunub, hal-hazırda Cərrahiyyə şöbəsində əməliyyat olunur.
Faktla bağlı Quba rayon Polis şöbəsində araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/qubada-genc-oglan-at-arabasinin-altinda-qalib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR