Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Millimizin televizor qalmaqalı ilə bağlı - Rəsmi açıqlama

Millimizin televizor qalmaqalı ilə bağlı - Rəsmi açıqlama

Date: 13 November 2016 15:18

Azərbaycan yığmasının Şimali İrlandiya səfərindən televizor alaraq qayıtması xəbəri gündəmə çevrilib.

Məsələyə AFFA səviyyəsində münasibət bildirilib. Qurumun mətbuat və ictimaiyyətlə əlaqələr demartamentinin rəhbəri Mikayıl Nərimanoğlu “Qafqazinfo”ya açıqlamasında İrlandiyadan televizor alınması haqda məlumatı təsdiq edib, amma futbolçular tərəfindən alındığını yox:

“Bu alış-verişin futbolçulara heç bir aidiyyatı yoxdur. Xəbərdə yazılan televizorları milli ilə birlikdə İrlandiyaya gedən azarkeşlər alıblar. Bəli, 7-8 televizor alınıb, hamısı da azarkeşlərə məxsusdur”.

Xatırladaq ki, Skysports-un daha öncə yaydığı xəbərdə bildirilirdi ki, “Richer Sound” şirkəti 25 min manatdan çox dəyəri olan televizorları yığmanın qaldığı otelə çatdırmaq üçün iki dəfə gəlməli olub.

Qeyd edək ki, Azərbaycan yığması İrlandiyaya 0:4 hesabı ilə məğlub olaraq, qrupda 3-cü yerdə qərarlaşıb.


Tags:  Millimizin televizor qalmaqalı bağlı Rəsmi açıqlama

RƏYLƏR


Top news