Burnunu elə sildi, az qaldı kor olsun

Burnunu elə sildi, az qaldı kor olsun
16:27 13 Noyabr 2016
327 Maraqlı
Ölkə mətbuatı
A- A+

Bir çox hallarda diqqətsiz və özümüzə qarşı kobudca rəftarlar edə bilirik.

Üzümüzdəki sızanaqların və ya hər hansısa bir yaranın sağalmasını gözləməkdə səbirsizlik göstərib yersiz müdaxilələr edirik. Amma unuduruq ki, bu adi görünən diqqətsizlik bizim həyatımızı təhlükə altına ala biləcək nəticələrə səbəb ola bilər.

Milli.Az atv.az-a istinadən bildirir ki, bu günlərdə ingilis qadının da məhz bu cür diqqətsiz davranışı nəticəsində düşdüyü vəziyyət həkimlərin belə təəccübünə səbəb olub. Belə ki, "Daily Mail"in verdiyi xəbərə görə, 32 yaşındakı ingilis qadın burnunu sərt şəkildə sildikdən sonra gözü şişib. Orbital emfizema diaqnozu qoyulan qadının gözətrafı toxumalarda təzyiqli hava yaranması nəticəsində xəsarat aldığı məlum olub.

Bu cür xəsarətlərin çox vaxt partlamadan sonra müşahidə olunduğu bildirilir. Həkimlər təcili olaraq qadının gözünü müalicə etməyə başlayıblar. Əks təqdirdə kor olma ehtimalının yüksək olduğu deyilib.

Gözətrafı nahiyədə yaranan təzyiq görmə sinirinə ziyan verə bilir. Bu kimi hallarla rastlaşdığınızda dərhal həkimə müraciət edin.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/488984.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR