Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Tanınmış müğənni: "6 uşaq doğacam"

Tanınmış müğənni: "6 uşaq doğacam"

Date: 13 November 2016 16:52

Tanınmış türkiyəli müğənni  Petek Dinçöz ailə həyatı və yeni dünyaya gəlmiş oğlundan danışıb. Lent.az sözcü.com.tr-yə istinadən xəbər verir ki, yaxın vaxtlarda evlilik proqramının aparıcısı kimi ekrana qayıtmağı planlaşdıran müğənni yeni mahnı üzərində işlədiyini deyib. Uşaq dünyaya gətirərkən Petek Dinçöz ölüm riski ilə üz-üzə qaldığını da bildirib: "Mən anadangəlmə tiroid xəstəsiyəm və boyun fəqərəm tərs formadadır. Həkimlər ana ola bilməzsən demişdilər. Amma böyük risk etdim, 9 ay boyunca hər gün ağrı çəkdim. İflic ola bilərdim. Amma dözdüm və İrfanımı dünyaya gətirdim. Qaynatam xərçəng xəstəsi idi. Nəvəsini görə bilmədi, biz də onun adını oğluma verdik". 

Petek Dinçöz yaşlaşanda tək qalmaqdan qorxduğunu və 6 uşaq dünyaya gətirməyi planlaşdırdığını əlavə edib.

Milli.Az


Tags:  Tanınmış müğənni uşaq doğacam

RƏYLƏR


Top news