Sevgilisinin boğazını kəsən cani cinsiyyət orqanını yerə mismarladı

Sevgilisinin boğazını kəsən cani cinsiyyət orqanını yerə mismarladı
17:42 13 Noyabr 2016
54 Ölkə
Ölkə mətbuatı
A- A+

Qısqanc qadın ona xəyanət edən ərini kişilikdən məhrum etdi - FOTO (29 Aprel 2017 04:05)
"Vəhy gəldi" deyib anasının boğazını kəsən Əhməd həbsxanada intihar etdi - FOTO/VİDEO (25 Aprel 2017 14:18)
15 yaşlı məktəbli qıza parkda cinsiyyət orqanını göstərən şəxs tutuldu (20 Aprel 2017 14:22)

Qeyri-rəsmi münasibətdə olduğu qadının boğazını kəsərək dənizə atan şəxs həbsxanada cinsiyyət orqanını yerə mismarlayıb. Onu buna vadar edən isə, dediyinə görə, özünə və qardaşına cinayət işinin açılmasıdır.

Musavat.com-un məlumatına görə, həbsxanaya gizli yolla narkotik vasitə keçirmək istəyən qardaşların məhkəməsi keçirilib. Onlardan biri qətldə təqsirləndirilərək 7 ildən artıqdır ki, məhkumluq həyata yaşayır. Digər qardaş isə həbsdə olan qardaşına alt paltarında narkotik vasitə keçirmək istəyərkən saxlanılıb. 

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim qarşısına çıxarılan qardaşlar irəli sürülən ittihamlarla razılaşmayıblar. Onlardan biri özünü qismən günahkar bilsə də digəri özünü qətiyyən təqsirli bilmədiyini deyib. 

Musavat.com-un məhkəmə prosesində iştirak edən müxbiri xəbər verir ki, 1987-ci il təvəllüdlü Kərimov Elman Ömər oğlu və 1982-ci il təvəllüdlü Əliyev Əlvan Ömər oğlu Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə təqsirli bilinirlər.

Həbsdə olan qardaşı Elmana narkotik aparmaqda təqsirləndirilən Əlvan məhkəmədə deyib ki, üzərindən götürülən narkotik vasitəni istifadə etmək məqsədi ilə özü üçün alıbmış.

Baş ağrısı keçsin deyə narkotikdən istifadə edirmiş...

"Mən xəstəyəm. Başım xəstədir. Uşaqlar mənə dedilər ki, dərman atıb ciyərlərini xarab eləmə. Mənə mal verdilər ki, çəkim. Bununla da başımın ağrıları keçəcəkdi. Elə də oldu. Sonra bundan istifadə eləməyə başladım. Qardaşımın yanına həbsxanaya gedəndə mən görüşə girməyəcəkdim. Nənəm də getmişdi. O, içəri girəcəkdi. Orada dedi ki, içəri keçmək istəmir. Mən içəri girəndə Elmana məktub və uşaqların toy diskini gətirmişdim", - deyə Əlvan ifadəsində deyib.

Həbsxanaya girərkən narkotikin alt paltarında olmasına da "aydınlıq" gətirən Əlvan deyib ki, şəhərdə olanda da narkotiki orada gizlədirmiş. Həbsxanaya girərkən də narkotiki orada unudub.

Dövlət ittihamçısı bildirib ki, həbsxanada olan Elman bir neçə dəfə qardaşına zəng edərək ona narkotik gətirməsini istəyib. Prokuror əlavə edib ki, bununla bağlı tərəflər arasında telefon danışıqları da var. Əlvan qardaşına aparmaq üçün narkotiki tanımadığı şəxsdən alıb. Həmin şəxs Elmanın tanışı olub. Onlar "Maşın bazarı"nın yanında görüşüblər.
 
Elmanın isə qardaşının həbs olunmasına və özünün yeni maddələrlə ittiham olunmasına reaksiyası sərt olub. Belə ki, o, məhkəmədə bildirib ki, qardaşı günahsız yerə tutulub və ona qarşı yalan ittihamlarla yeni cinayət işi açılıb.

Həbsxanada cinsiyyət orqanını yerə mismarlayıb...

O, bunlara etiraz olaraq özünə xəsarətlər yetirib: "Əlvan mənim yanımda siqaret belə çəkmirdi. O mənə necə narkotik gətirə bilərdi? Ola bilsin ki, özü sonradan istifadə edib. Amma mənə gizli yolla narkotik gətirilməyib. Bu iş düzgün aparılmadı, mənə yeni maddələrlə ittihamlar verildi. Həbsxanada buna etiraz etdim. Özümə dəmirlə xəsarət yetirdim, aclıq elədim. Cinsiyyət orqanımı yerə mismarladım. Cırıb bura gətirdilər".

Elman məhkəmədən xahiş edib ki, işin yenidən araşdırılması üçün istintaqa qaytarılsın.

Növbəti məhkəmə prosesi noyabrın 16-na təyin edilib. 

Elman sevgilisinin boğazını kəsib dənizə atıbmış...

Həbsdə olan Elman Kərimov 2009-cu ildə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 234-cü maddələri ilə təqsirli bilinərək 12 il 7 ay müddətinə azadlıqdan məhrum edilib. 

O, 2009-cu il 24 yanvar tarixdə Binəqədi Rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək bildirib ki, qeyri-rəsmi nikahda yaşadığı 1991-ci il təvəllüdlü Nurməmmədova Güllər Nurməmməd qızı itkin düşüb. 

Elman polisə deyib ki, Güllər Nurməmmədova 3 gündür evdən çıxıb və bir daha geri qaytımayıb. 

Bu hadisədən 4 ay sonra Nardaran qəsəbəsində çimərlikdə naməlum qadın meyidi tapılıb. Aparılan araşdırmalar zamanı məlum olub ki, qadın meyidi Güllər Nurməmmədovaya məxsusdur.

Ekspertizadan sonra qadının üzərində zorakılıq əlamətləri olduğu müəyyənləşib. G.Nurməmmədova ilə qeyri-rəsmi nikahda olan və Güllərin itkin düşməsi ilə əlaqədar ərizə ilə müraciət edən Elman Kərimov dindirilmək üçün polis idarəsinə dəvət olunub. O, ilk öncə hər şeydən xəbərsiz olduğunu və təəssüfləndiyini bildirib. Ancaq E.Kərimovun hərəkətləri polis əməkdaşlarında şübhələr yaradıb.

Bundan sonra Bakı Şəhər Baş Polis İdarəsi, Bakı Şəhər Prokurorluğu və Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayətdə təqsirli bilinən Elman Kərimov saxlanılıb.

E.Kərimov istintaqa bildirib ki, Bakı şəhəri, Cavanşir küçəsində yaşayıb və G.Nurməmmədova ilə qonşu olub. Onun dediyinə əsasən, qızın razılığı ilə onu 2008-ci tarixdə doğulduğu Şamaxı rayonu, Əhmədli kəndinə qaçırıb və bir müddət orada yaşayıblar. Sonradan toy etmək məqsədilə Bakıya gəliblər. Güllərin qohum-əqrabası gəlməsə də, toy baş tutub, lakin G.Nurməmmədova həddi-buluğa çatmadığı üçün rəsmi nikaha girməyiblər. 

Toydan sonra onlar yenidən Şamaxıya qayıdıblar. Bu müddət ərzində Güllər ata-anasını görmək istədiyini bildirib və bir neçə dəfə qaçaraq Bakıya gəlib. Lakin yenidən geri, Şamaxıya qayıdıb.

Nəhayət, onlar yanvarın 11-də Bakı şəhərinə gəliblər və Binəqədi rayonunda ev tutaraq kirayədə yaşamağa başlayıblar. Araşdırmalar nəticəsində məlum olub ki, hadisə baş verən gün - yəni yanvarın 21-də Elman Güllərlə birlikdə istirahət etmək məqsədilə Novxanı çimərliyinə gediblər. Güllər burada da ata-anasının yanına getmək istədiyini bildirib. Lakin Elman bu dəfə dözməyib və onu öldürmək qərarına gəlib. Bu məqsədlə bıçaqla onun boğazını kəsib və öldüyünə əmin olduqdan sonra onu dənizə atıb. Sonra Güllərin itkin düşdüyü barədə polisə müraciət edib və heç nə olmamış kimi Şamaxı rayonuna qayıdıb.

Milli.Az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

2 otaqlı ev yanıb

01 May 2017 08:52

Kompüteriniz üçün maraqlı şəkillər - FOTOSESSİYA

01 May 2017 08:47

Ərdoğan Hindistanda necə qarşılandı? - FOTO

01 May 2017 08:43

ABŞ-da qasırğa və daşqın qurbanlarının sayı 13 nəfərə çatıb

01 May 2017 08:42

ABŞ-da məktəb avtobusu yük maşını ilə toqquşub, ölənlər var

01 May 2017 08:37

Azərbaycanda son 6 ildə məzunların sayı 11, abituriyentlərin sayı 10 faiz azalıb

01 May 2017 08:36

Merkel Ərəbistan qanunlarına meydan oxudu - FOTO

01 May 2017 08:33

Çikaqoda Azәrbaycanın strateji әhәmiyyәti vurğulanıb - FOTO

01 May 2017 08:32

Yusif Şahed iki naziri istefaya göndərib

01 May 2017 08:27

Yaponiyanın Hokkaydo adasında 6 bala yaxın zəlzələ olub

01 May 2017 08:27

11 nəfər liftdə köməksiz vəziyyətdə qalıb

01 May 2017 08:17

Gəncədə yanğın olub

01 May 2017 08:12

Köpək balığı qadına hücum edib

01 May 2017 08:05

Hollivudun “sirli mələyi” - FOTOLAR

01 May 2017 08:03

Ağ cins şalvarı belə köynəklə geyinin - FOTO

01 May 2017 07:52

Tələbələr təhsil haqlarını elektron qaydada ödəyə biləcəklər

01 May 2017 07:50

Fotolarda gözəl görünmək istəyirsinizsə... - ÜSULLARI

01 May 2017 07:42

Göyün 7-ci qatında buludlar körpüsü - İNANILMAZ FOTOLAR

01 May 2017 07:37

Saçlarınızı belə rəngə boyayarsınız? - FOTO

01 May 2017 07:32

Ucarda yanğınla nəticələnən qəza baş verib

01 May 2017 07:29

Xanımlar bu ayaqqabılara heyran qalacaq - FOTO

01 May 2017 07:22

Avropa ilə münasibətlər gərginləşəcək, Amerika isə...

01 May 2017 07:17

Sağlam qidalanmadığınızı bəlli edən əlamətlər

01 May 2017 07:13

Gələcəyin ölkəsi: 7 əsas FAKT - FOTO

01 May 2017 07:12

Göbəyi havaya vermək, Nadirin Zaura 1700 "atmağı", Elzanın boğazından öpdüyü oğlan, Cenniferin yatağı - HƏFTƏBECƏR

01 May 2017 07:05

Ucarda yol qəzası yanğınla nəticələndi

01 May 2017 07:04

Azərbaycan şahmatçıları dünya çempionatında 4 medal qazanıb

01 May 2017 07:02

"Futbolçular heç ayaqyoluna da gedə bilmir"

01 May 2017 06:37

Çikaqoda Azәrbaycanın strateji әhәmiyyәti vurğulanıb (FOTO)

01 May 2017 06:36

Viktoriya Bekhemin yeni FOTOları

01 May 2017 06:32

Tramp baş nazirləri Ağ Evə dəvət etdi

01 May 2017 06:23

Qlamur Nina - FOTO

01 May 2017 05:32

Köpək balığı qadına hücum etdi

01 May 2017 05:23

20-dən çox silahlı məhv edilib

01 May 2017 05:22

İki nazir istefaya göndərilib

01 May 2017 05:08

Kara yeni çanta reklamında - FOTO

01 May 2017 04:32

ABŞ-da güclü qasırğa: 7 ölü

01 May 2017 04:28

Bərdədə ev yandı

01 May 2017 03:54

ABŞ-da məktəb avtobusu yük maşını ilə toqquşdu - 2 ölü, 17 yaralı

01 May 2017 03:49

Məşhurlar neçə yaşında ana olub?

01 May 2017 03:49

Məşhur aktyor jurnal səhifələrində - FOTO

01 May 2017 03:32

11 nəfər liftdə köməksiz vəziyyətdə qalıb

01 May 2017 03:29

Aralıq dənizində 5 miqrantın meyiti tapıldı

01 May 2017 02:33

Qardaşını itirmiş adam üçün təskinlik - FOTO

01 May 2017 02:32

Gəncədə yanğın olub

01 May 2017 02:22

Əfqanıstanda 40-dan çox silahlı zərərsizləşdirilib

01 May 2017 02:17

Milyon insandan biri bu özəlliklə doğulur

01 May 2017 02:17

İrqçi təhqirlərə dözə bilməyən futbolçu meydanı tərk etdi

01 May 2017 02:09

Roma papası: "ABŞ və KXDR arasında hərbi münaqişə bəşəriyyətin böyük hissəsini məhv edəcək"

01 May 2017 02:02

ABŞ-da güclü qasırğa - 7 ölü

01 May 2017 01:54