Babək nə vaxt öldürülüb? - O, saraya niyə bəzək-düzəkli filin üstündə gətirildi?

Babək nə vaxt öldürülüb? - O, saraya niyə bəzək-düzəkli filin üstündə gətirildi?
18:18 13 Noyabr 2016
203 Maraqlı
Ölkə mətbuatı
A- A+

Babəkin ölümü ilə bağlı da müxtəlif fərziyyələr var. İstər elm adamlarımız, istərsə də həvəskar tarixçilər bu məsələyə fərqli baxışlar sərgiləyirlər. Ancaq əslində necədir? Bütün bu qaranlıq məqamlara aydınlıq gətirmək üçün tanınmış araşdırmaçı yazar Ceyhun Bayramlının “Babək nə vaxt öldürülüb?” yazısını tədim edirik.

Tarixi mənbələrin məlumatlarına istinadən söyləməliyik ki, Afşin Hidr ibn Kavusun razılığı ilə 837-ci il sentyabrın 15-i (hicri tarixlə 222-ci il şəvval ayının 11-i), Təbərinin yazdığına görə aylı bir gecədə səhərə kimi Bəzz qalasının xarabalıqlarını, hələ də yanan evlərin tüstüsünü, həlak olanların cəsədlərini seyr edən Babək miladi tarixlə 838-ci il yanvar ayının 4-də (hicri tarixlə 223-cü il səfər ayının 3-nə keçən gecə) xilafətin o zamankı paytaxtı Samirə şəhərinə gətirilib və bir-iki gün Afşinin əl-Mətirədəki sarayında saxlanılıb (72, səh.338, 407-408). Xəlifənin sarayına aparılmazdan öncə, hələ Babək paytaxta yeni gətirilərkən əvvəlcə Abbasi dövlətinin baş qazısı, daha sonra isə xəlifə Mötəsim özü dözməyərək atını minib və tanınmaz biçimdə Babəki görmək üçün yola çıxıb. Babəkin üzünü gördükdən sonra xəlifə öz sarayına qayıdıb və Babəkin öz hüzuruna gətirilməsini gözləməyə başlayıb. Ertəsi gün bəzək-düzəkli bir filin üstündə oturdulmuş halda Babək Afşinin sarayından xəlifə Mötəsimin hüzuruna gətirilib, xəlifənin ona verdiyi müxtəlif suallara heç bir cavab verməyib susduğuna görə o, qəzəblənmiş xəlifənin zindanına atılmışdır. Mənbələr dəqiqliklə bildirir ki, Babək miladi tarixlə 838-ci il martın 14-cü günündə (hicri tarixi ilə 223-cü il rəbbi-ül-sani ayının 14-də) Samirə şəhərində edam edilmişdir. Hər halda hicri təqvimi ilə göstərilən tarixləri tutuşdurduğumuz və diqqətlə miladi tarixinə çevirdiyimiz zaman biz də bu nəticəyə gəlirik.

Mənbə məlumatları bizə bu fikri təlqin edir ki, Babək əl-Hürrəmi əsir alınıb Samirə şəhərinə gətirilənədək xəlifə Mötəsim-billahın onu öldürmək fikri var idisə də, böyük tərddüdlərlə müşayiət olunurdu. Qızıl möhürlü aman məktubu, Babəkin xüsusi bir təmtəraqla Samirəyə gətirilməsi (hər halda, Mötəsim onu bədnam etmək istəsəydi, Babəki bu sayaq təmtəraqla gətirtməz, alçaldılmış və bədnam edilmiş bir halda gətirilməsini əmr edərdi), Mötəsimin bu əsnada Afşinə Babəki əfv edib xilafət ordusuna qoşun sərkərdəsi təyin etmək istədiyini söyləməsi və bu kimi digər məqamlar Babəkin öldürülməklə cəzalandırılması kimi bir planın olmadığını təxmin etməyə əsas verir.

Ortaya maraqlı və indiyədək tarixçilərin cavabını verə bilmədikləri suallar çıxır: Babəkin iki ay on gün xəlifənin zindanında saxlanmasının səbəbi nə idi və xəlifə Babəki öldürtməkdə niyə tələsmirdi? Əgər Babək kafir birisi olmaqla İslama qarşı çıxış etmişdisə, niyə Samirəyə gətirildikdən sonra dərhal edam edilməyib? Xəlifənin zindanında saxlanıldığı bu 2 ay 10 gün ərzində Babəklə hansı söhbətlər olub? Onun yanına kimlər gəlib-gedib? Xəlifə ondan nələri öyrənmək istəyirdi? Bu sualların cavablarını tapa bilmək üçün rəsmi tarixə, mənbə məlumatlarına müraciət etmək faydasızdır. Bu sualların cavabı, zənnimcə, dəmir məntiq və güclü intuisiyanın köməyilə, məxsusi tədqiqat aparılması yolu ilə üzə çıxarıla bilər. Hələlik bu haqda yalnız onu söyləmək mümkündür ki, Babək zindanda olduğu müddətdə məhz Abbasi sarayının ondan umduqlarını və istədiklərini vermədiyinə görə qəzəbdən ağlını itirən xəlifənin əmrinə əsasən edam kürsüsünə çıxarılmışdır.

P.S. Eyni tale, eyni aqibət Babəkdən sonra Həllac Mənsurun, Sührəverdinin, Nəiminin, Nəsiminin də qismətinə yazılacaqdı. Nadanlarsa özlərini didib-dağıtmalarına rəğmən, bu insanların sahib olduqları batini bilikləri əldə edə bilməyəcəkdi ki, bilməyəcəkdi...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Nadir Qafarzadə yeni mahnı yazdırıb - VİDEO

22 Avqust 2017 11:29

Gömrükdə avtomobildən xeyli sayda pirotexniki vasitə və fişəng tapıldı

22 Avqust 2017 11:28

Ermənistan ordusunun zabiti iki əsgəri döyüb

22 Avqust 2017 11:27

Astana akimatlığının nümayəndə heyəti Bakıya işgüzar səfərə gələcək

22 Avqust 2017 11:27

Dörd aylıq müharibənin ŞİFRƏLƏRİ: Düşmən tamamilə MƏHV EDİLƏCƏK

22 Avqust 2017 11:23

ABŞ-ın Moskvadakı səfirliyinin qarşısında viza almaq istəyənlərin uzun növbəsi yaranıb

22 Avqust 2017 11:22

Bu da Səmranın idmançı sevgilisi - FOTOLAR

22 Avqust 2017 11:18

Nazirlik ekoloji qanunvericiliyi pozanları cərimələyib

22 Avqust 2017 11:17

“Silkway Bank” səhmlərinin nominal qiymətini artırır

22 Avqust 2017 11:17

Rusiya ordusunun xüsusi təyinatlı dəstəsi Ermənistanda təlim keçir

22 Avqust 2017 11:12

Azərbaycanın daha 4 yunan-Roma güləşçisi dünya çemionatında mübarizəyə qoşulur

22 Avqust 2017 11:12

"Beşiktaş" Azərbaycana gəlir

22 Avqust 2017 11:10

Kolleclərə qəbul planı 97.51% dolub

22 Avqust 2017 11:09

QMİ "İslam həmrəyliyi ili" çərçivəsində bir neçə ölkədə tədbirlər keçirəcək

22 Avqust 2017 11:07

Filadelfiyada iki qatar toqquşub, 30-dan çox adam xəsarət alıb

22 Avqust 2017 11:07

"Marca" nəşri "Qarabağ"dan üzr istədi!

22 Avqust 2017 11:07

VİDEO: Xalası qızının əri ilə qaçan evli qadının görüntüləri...

22 Avqust 2017 10:58

Tapılan meyitin itkin düşən neftçiyə məxsus olduğu müəyyənləşib

22 Avqust 2017 10:57

Azərbaycan Belarusdan çörək almağa başlayıb

22 Avqust 2017 10:57

Nadir Qafarzadə: "Gəlin, xoş gəldin"

22 Avqust 2017 10:55

Xəzərdəki qəzada ölən neftçilərdən daha birinin meyiti tapıldı

22 Avqust 2017 10:54

Sumqayıtda bu avtomobili görənlər TƏƏCCÜBLƏNİR: 20 min manata satılır - VİDEO

22 Avqust 2017 10:53

ABŞ belə məhv ediləcək: Şimali Koreyadan AMANSIZ CƏZA - VİDEO

22 Avqust 2017 10:53

Hindistanda müsəlman kişilərin boşanma hüququ 6 aylıq dayandırılıb

22 Avqust 2017 10:52

Azərbaycan Cüdo Federasiyasında dünya çempionatında çıxış edəcək yığma üzvləri ilə görüş keçirilib

22 Avqust 2017 10:52

GƏNCƏDƏ: İntihar etmək istədi, xilas edib döydülər...

22 Avqust 2017 10:50

Varlı ərəb turistləri Bergüzar Korel üçün BUNU DA ETDİLƏR - FOTO

22 Avqust 2017 10:48

Azərbaycan gömrükçüləri avtomobildə pirotexniki vasitə və fişənglər aşkar edib

22 Avqust 2017 10:47

Qızıl ucuzlaşdı

22 Avqust 2017 10:43

“Arada üzümüzə də baxın” – Azərbaycanlı aparıcı sinə dekoltesi ilə diqqət çəkdi - FOTO

22 Avqust 2017 10:38

Kərəm Həsənov Şabranda vətəndaşları qəbul edəcək

22 Avqust 2017 10:37

Hindistan Ali Məhkəməsi ölkədə yaşayan müsəlman kişilərdən boşanma hüququnu əlindən alıb

22 Avqust 2017 10:37

Təzyiqi aşağı salan möcüzəvi qarışıq

22 Avqust 2017 10:36

“Google” şirkəti “Android” mobil əməliyyat sisteminin yeni versiyasını təqdim edib

22 Avqust 2017 10:35

Çində 0,05 saniyə ərzində klinik diaqnoz qoymaq qabiliyyətinə malik süni intellekt hazırlanıb

22 Avqust 2017 10:35

Məşhur futbolçunun qanunsuz miqrant daşıyan mafiya ilə nə əlaqəsi? - FOTO

22 Avqust 2017 10:33

Nazirlik Şəkidə qanunvericiliyi pozan bələdiyyə sədrinə məcburi göstəriş verib

22 Avqust 2017 10:32

ABŞ-ın müdafiə naziri İraqa səfər edib

22 Avqust 2017 10:32

ABŞ və Cənubi Koreya birgə hərbi təlimlərə başladı

22 Avqust 2017 10:30

"Qarabağ" tarixi oyun üçün Danimarkada

22 Avqust 2017 10:29

Əmisi arvadını xurd-xəşil etdi - TOVUZDA

22 Avqust 2017 10:28

Çox utanır, amma etdiyi əməl daha utandırıcıdır

22 Avqust 2017 10:25

"Space"ə keçən azərbaycanlı aparıcı imicini dəyişdi - FOTOLAR

22 Avqust 2017 10:24

Tovuz sakini əmisi arvadını döyərək əlini və ayaqlarını sındırıb

22 Avqust 2017 10:22

Səhnədə Hadisənin ALT PALTARI GÖRÜNDÜ - FOTO

22 Avqust 2017 10:18

Arda Turan hansı klubda oynayacaq?

22 Avqust 2017 10:17

Asılaraq edam edilən, güllələnən MƏXFİ AGENTLƏR

22 Avqust 2017 10:13

DİM: Kolleclərin xüsusi qabiliyyət tələb etməyən ixtisasları üzrə plan yerləri tam dolub

22 Avqust 2017 10:12

OPEC+ ölkələri iyulda hasilat öhdəliklərinə 94% əməl edib

22 Avqust 2017 10:12

ECA sədri transfer "pəncərə"sinin avqustun 31-də bağlanmasının əleyinə çıxış edib

22 Avqust 2017 10:12