Dünyanın ən balaca, amma ölümcül heyvanları - fotolar

Dünyanın ən balaca, amma ölümcül heyvanları - fotolar
18:26 13 Noyabr 2016
254 Şou
Ölkə mətbuatı
A- A+

Axşam.az xarici KİV-ə istinadən dünyada ən balaca, amma zəhərli olan heyvanlar haqqında məlumat verir.

1. Qızılı zəhərli qurbağa - bu qurbağalar da digərləri kimi gücl görmə xüsusiyyətlərinə malikdirlər. Amma onların boyu çox balaca olur. Adətən Braziliya və Peruda yaşayırlar. Bir qurbağanın dərisində olan zəhər 10 insan və ya 2 fili öldürə bilir.



2. İrukandji meduzası - ölçüsü 1 kub santimetr olan bu balaca heyvanın zəhəri yüz kobra və min tarantul zəhərindən də güclüdür. Onlara adətən Avstraliya və Floridada rast gəlmək mümkündür.



3. Sarı Fələstin əqrəbi - adından da göründüyü kimi Fələstində yaşayır. Ölçüsü 8 santimetrdir. Onun zəhərindən dərman kimi də istifadə edilir.



4. Mavinaxışlı asminoq - Avstraliya və Yaponiyaətrafı okeanda yaşayan bu heyvanlar xarici görünüşü ilə göz oxşayır. Onun gözəlliyinə aldanıb ələ götürdükdə isə o, insanı dişləyir və zəhəri ilə dərhal ölümə səbəb olur.



5. Çeçe milçəyi - Afrikada yaşayır və havaya buraxdığı zəhərlə bu bir santimetrlik həşərat il ərzində 250-300 insanın xəstələnərək ölməsinə səbəb olur.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=61042

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR