Teylor Svifti təqib etdiyi üçün həbs olundu

Teylor Svifti təqib etdiyi üçün həbs olundu
18:51 13 Noyabr 2016
85 Şou
Ölkə mətbuatı
A- A+

Amerikalı müğənni Teylor Svifti təqib edən şəxs həbs olunub.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, 39 yaşlı Endryu Xuver adlı fanata müğənniyə yaxınlaşmaq qadağası qoyulsa da, amma buna məhəl qoymadığından onu həbs ediblər. Belə ki, Los-Ancelesə uçmaq üçün hava limanına gələn Teylorun maşınını təqib edən Endryu, eyni zamanda, müğənninin atasına mesaj göndərərək onları hədələyib.

"Mənsiz Teylora çətin olacaq. Mən Teylorun həyatında olmasam, bütün Teylorlar öləcək" kimi cümlələr yazan Endryu haqqında nəhayət müğənni polisə şikayət edib.

Qeyd edək ki, bu hadisə Sviftin həyatında ilk deyil. 2014-cü ildə onu Timati Svit adlı daha bir fanatı təqib edib.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=61043

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR