"Qəbələ"dən 8 qol

"Qəbələ"dən 8 qol
18:57 13 Noyabr 2016
89 İdman
Ölkə mətbuatı
A- A+

Milli komandaların oyunları ilə əlaqədar Topaz Premyer Liqasında yaranan fasilə dövründə hazırlıqlarını davam etdirən “Qəbələ” yoxlama oyunu keçirib. Fanat.Az xəbər verir ki, Roman Qriqorçukun yetirmələri klubun əvəzedici komandası ilə qarşılaşıb.

 

Görüş yığmaların heyətinə cəlb olunan futbolçular olmadan keçirilib.

 

Əsas komanda Qəbələ şəhər stadionundakı matça aşağıdakı heyətlə başlayıb: Dmitri Bezotosnı, Rikardinyo, Ürfan Abbasov, Vojislav Stankoviç, Vitali Vernidub, Elvin Camalov, Rəşad Sadiqov, Cavid Hüseynov, Rəşad Eyyubov, Filip Ozobiç, Baqali Dabo.

 

Qriqorçuk matçın gedişində  David Pietrzkieviç, Sadiq Quliyev, Rafael Santos, Teo Uiks, Rövlan Muradov, Fərid Nəbiyev, Asif Məmmədov, Tellur Mütəllimov, Murad Musayev və Petar Franyiçə də şans verib.

 

Məhsuldar keçən qarşılaşmanın ilk yarısında 6 qol vurulub. Əsas komandanın 5:1 hesabı ilə üstün olduğu hissədə Baqali Dabo 4, Filip Ozobiç 1 dəfə fərqlənib. Əvəzedicilərin ilk yarıdakı qoluna Qədir Bayramlı imza atıb.

 

İkinci hissədə qapılara daha 4 top vurulub. Fasilədən sonra Teo Uiksin 2, Tellur Mütəllimovun 1 qoluna əvəzedicilər Ramil Hasanovla cavab verib – 8:2.

 

Bu oyundan sonra bir günlük istirahətə buraxılan “qırmızı-qaralar” hazırlıqlarını noyabrın 15-də bərpa edəcək. 

 

Qeyd edək ki, “Qəbələ” növbəti matçını noyabrın 19-da keçirəcək. “Qırmızı-qaralar” Topaz Premyer Liqasının XII turunda “Zirə”ni qəbul edəcək. Bir gün öncə isə klubların əvəzedici heyətləri qarşılaşacaq.


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotqblquotdn-8-qol-t54121.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR