Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Futbolçularına ən çox maaş verən klub: nə "Real", nə "Barsa"...

Futbolçularına ən çox maaş verən klub:   nə "Real", nə "Barsa"...

Date: 13 November 2016 18:57

Futbolçularına ən çox maaş verən klubların siyahısı məlum olub. Fanat.Az xəbər verir ki, bununla bağlı İngiltərənin “Daily Mail” nəşri araşdırma aparıb.


Məlum olub ki, dünyada futbolçularına ən çox maaş verən klub “Mançester Yunayted”di. İngiltərə klubunun bir üzvünün maaşı illik orta hesabla 5.77 milyon funt-sterlinqə (həftəlik 110 min funt) bərabərdi.


İkinci pillədəki “Barselona” 5.65, üçüncü yeri tutan “Mançester Siti” 5.42 milyon funt-sterlinq maaş verir.


İlk onluğa həmçinin “Real” (5.05 milyon), “Çelsi” (4.51 milyon), PSJ (4.47 milyon), “Bavariya” (4.16 milyon), “Yuventus” (3.97 milyon), “Arsenal” (3.7 milyon) və “Liverpul” (3.1 milyon) daxildi.


Fanat.Az


Tags:  Futbolçularına çox maaş verən klub Real Barsa

RƏYLƏR


Top news