"İtaliya tarixən taktika baxımımdan almanlardan üstün olub"

"İtaliya tarixən taktika baxımımdan almanlardan üstün olub"
19:22 13 Noyabr 2016
63 İdman
Ölkə mətbuatı
A- A+

İtaliya millisi noyabrın 15-də Almaniya ilə yoldaşlıq görüşündə qüvvəsini sınayacaq. Goal.az xəbər verir ki, maraqla gözlənilən bu qarşılaşma ərəfəsində Fabio Kapello da fikirlərini bölüşüb.

"Tarixən İtaliya taktika, rəqibin güclü və zəif tərəflərini təhlil etmək baxmından almanlardan həmişə öndə olub. Noyabrın 15-i ağır oyun olacaq. Campiero Ventura bir neçə vacib futbolçunun xidmətindən istifadə etməyəcək deyə gənclərin meydana çıxmaq imkanı yaranacaq. Bundestim həmişə çətin rəqib olub. Çünki bütün turnirlərdə ən yaxşı oyunlarını göstərməyə çalışırlar. Böyük oyunlarda xırdalıqlar görüşün taleyini həll edir. AVRO-2016-nın 1/4 finalında olduğu kimi. Penalti seriyasının uzun müddət davam etməsini nəzərə alıb Almaniya millisinin müəyyən qədər bəxtinin gətirdiyini demək olar".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/489010.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR