Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Adımdan istifadə edib pul qazananlar həbs olunacaqlar" - Mətanət

"Adımdan istifadə edib pul qazananlar həbs olunacaqlar" - Mətanət

Date: 13 November 2016 20:05

"Beş gəlin" verilişinin aparıcısı Mətanət Əliverdiyeva onun adından istifadə edənlərə xəbərdarlıq edib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, "ATV maqazin onlarla" verilişinə açıqlama verən Mətanət bir qrup şəxsin onun adından istifadə edib pul qazandığını söyləyib. 

"Evlərə zəng vururlar. ATV-nin müxbiriyik deyirlər. Mətanətin verilişindən min manat civarında cehiz qazanmısınız. Amma 250-300 manat verin və gəlin həmin cehizləri ATV kanalından götürün", - deyə Mətanət Əliverdiyeva insanları aldadanlar barədə danışıb. 

Aparıcı deyir ki, artıq bir neçə şəxs bununla bağlı kanala müraciət edib. Amma bütün bunların cəfəngiyyat olduğunu bildirən Mətanət insanları aldanmamağa səsləyib.

Eyni zamanda dələduzlara da üzünü tutan aparıcı bunları deyib:

"Mən bilmirəm bunu kim edir. Amma inandırım sizi ki, ikinci belə bir addım həbslə nəticələnəcək".

Milli.Az


Tags:  Adımdan istifadə edib pul qazananlar həbs olunacaqlar Mətanət

RƏYLƏR


Top news