Məşhur müğənni fanatını həbs etdirdi - FOTO

Məşhur müğənni fanatını həbs etdirdi - FOTO
20:27 13 Noyabr 2016
108 Maraqlı
Ölkə mətbuatı
A- A+

Amerikalı müğənni Teylor Svifti təqib edən şəxs həbs olunub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, 39 yaşlı Endryu Xuver adlı fanata müğənniyə yaxınlaşmaq qadağası qoyulsa da, amma buna məhəl qoymadığından onu həbs ediblər. Belə ki, Los-Ancelesə uçmaq üçün hava limanına gedən Teylorun maşınını təqib edən Endryu, eyni zamanda, müğənninin atasına mesaj göndərərək onları hədələyib.

"Mənsiz Teylora çətin olacaq. Mən Teylorun həyatında olmasam, bütün Teylorlar öləcək" kimi cümlələr yazan Endryu haqqında nəhayət müğənni polisə şikayət edib. 

Qeyd edək ki, bu hadisə Sviftin həyatında ilk deyil. 2014-cü ildə onu Timati Svit adlı daha bir fanatı təqib edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/489021.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR