Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Qardaş bacısını bıçaqlayaraq qətlə yetirib

Qardaş bacısını bıçaqlayaraq qətlə yetirib

Ər arvadını yemək üstündə öldürdü - POMİDORLA BİŞİRMƏYİB DEYƏ (17 Mart 2017 15:03)
Qardaş bacısını ailə üzvlərinin gözləri qarşısında baltaladı - TƏFƏRRÜAT (17 Mart 2017 11:37)
Qısqanc qardaş bacısını amansızlıqla öldürdü - Mane ola bilmədilər (17 Mart 2017 11:08)

Tarix: 13 Noyabr 2016 20:42

Göyçay rayonunda qətl hadisəsi törədilib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında Göyçayın Alpoud kəndində qeydə alınıb.

Sumqayıt şəhər sakini Kərimov Araz İlqar oğlu Bakıdan Göyçayın Alpoud kəndinə qonaq gələn bacısı, 1988-ci il təvəllüdlü İsrafilova Zeynəb İlqar qızını bıçaqlayaraq qətlə yetirib.
 
Nənəsinin evində bıçaqlanan Zeynəb İsrafilova təcili olaraq Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılarkən çoxsaylı qan itirməsi səbəbindən yolda dünyasını dəyişib.
 
İki uşaq anasının həyat yoldaşından ayrıldığı və onun qardaşı tərəfindən qısqanclıq zəmnində aralarında baş verən dava zamanı qətlə yetirildiyi bildirilir. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.
 
Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Milli.Az


Teqlər:  Qardaş bacısını bıçaqlayaraq qətlə yetirib



RƏYLƏR


Top xəbərlər