Maykl Makfolun Rusiyaya girişi yasaqlanıb

Maykl Makfolun Rusiyaya girişi yasaqlanıb
20:47 13 Noyabr 2016
59 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Rusiyadakı keçmiş səfiri Maykl Makfolun Rusiya Federasiyasına girişi yasaqlanıb. Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirinin xüsusi nümayəndəsi Mariya Zaxarova bildirib. Onun sözlərinə görə, keçmiş səfir Moskva və Vaşinqton münasibətlərinə məqsədyönlü şəkildə vurduğu zərər səbəbindən Rusiya Federasiyasına girişi qadağan olnmuş şəxslərin siyahısı salınıb.

"Makfol həmin adamdır ki, məqsədyönlü şəkildə ikitərəfli münasibətləri pozub. Keşmiş səfirin sanksiya siyahısına salınması cavab tədbiridir",-deyə Rusiya XİN sözçüsü vurğulayıb.
 
Qeyd edək ki, Maykl Makfol öz "Facebook" səhifəsində bundan sora Rusiyaya girişinin qadağan olunduğu, sanksiya siyahısına salındığını yazıb. Keçmiş səfir rəsmi Moskvanın onun prezident Barak Obamaya yaxın olduğu üçün sanskiya siyahısına saldığını iddia edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/489030.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR