Aduriz İspaniya millisində rekord sahibi oldu

Aduriz İspaniya millisində rekord sahibi oldu
20:57 13 Noyabr 2016
91 İdman
Ölkə mətbuatı
A- A+

İspaniya 2018 DÇ seçmə mərhələsində Makedoniya millisini 4 cavabsız qolla məğlub etdi. Oyunun 60-cı dəqiqəsində meydana çıxıb 25 dəqiqə sonra fərqlənən Aritz Aduriz isə özünəməxsus rekorda imza atdı. Milli.Az goal.az-a istinadən xəbər verir ki, təcrübəli hücumçu İspaniya millisinin tarixində qol vuran ən yaşlı futbolçu olub - 35 il, 9 ay, 1 gün.

"Bu yaşda millinin şərəfini qoruduğuma görə fəxr edirəm. Komandama kömək etmək üçün həmişə var gücümü ortaya qoyuram. Bəzən yaxşı alınır, bəzən yox. İstənilən halda, fayda verməyə çalışıram" - rekord sahibi oyundan sonra deyib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/489033.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR