Gədəbəydə 22 yaşlı şəxs bıçaqlandı

Gədəbəydə 22 yaşlı şəxs bıçaqlandı
22:53 13 Noyabr 2016
77 Ölkə
Ölkə mətbuatı
A- A+

Gədəbəy rayonunda bıçaqlanma hadisəsi baş verib.

Publika.az xəbər verir ki, hadisə axşam saatlarında rayonun Arıqdam kəndində baş verib.

Döş qəfəsindən bıçaqlanan 1994-cü il təvəllüdlü kənd sakini Qurbanov İsmayıl Oqtay oğlu öncə Gədəbəy rayon Mərkəzi Xəstəxanasına, daha sonra Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. Bir bıçaq zərbəsi alan yaralı dərhal həkimlər tərəfindən əməliyyat olunub. Hazırda yaralının vəziyyəti orta-ağırdır.

Hadisənin kim tərəfindən və hansı səbəbdən törədildiyi isə hələlik məlum deyil.

Faktla bağlı Gədəbəy rayon Polis şöbəsində araşdırma aparılır. (report)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/175793.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR