Staffan de Mistura İrana səfər edib

Staffan de Mistura İrana səfər edib
23:32 13 Noyabr 2016
75 Dünya
Ölkə mətbuatı
A- A+

BMT-nin Suriya üzrə xüsusi elçisi Staffan de Mistura Tehrana səfər edib.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, səfər çərçivəsində de Mistura İran rəsmiləri ilə Hələbdəki vəziyyəti müzakirə edib.
 
Eyni zamanda,  BMT-nin Suriya üzrə xüsusi elçisi Suriya böhranının siyasi yolla həllinə dair məsləhətləşmələr aparıb.
 
BMT-nin yaydığı açıqlamada bildirilir ki, Staffan de Mistura atəşkəsə nail olunması, hava zərbələrinin dayandırılması, əhaliyə humanitar yardımın maneəsiz çatdırılmasının vacibliyini vurğulayıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/489067.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR