"Peşman olardım, əgər Röyanın..."

"Peşman olardım, əgər Röyanın..."
23:42 13 Noyabr 2016
403 Şou
Ölkə mətbuatı
A- A+

"Xəzər maqazin" verilişinə müğənni Röya Ayxan və atası müsahibə verib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, Röya bu istedadın ona atasından keçdiyini deyib. Onun sözlərinə görə, bibilərinin də gözəl səsləri olmasına baxmayaraq, atası onlara səhnəyə çıxmağa icazə verməyib.

"Bibilərim deyir ki, biz qardaşımı yola gətirməyi bacarmadıq, amma sən bacardın. Atam çox qısqanc adam olduğundan heç kimi oxumağa qoymayıb. Elə mənim də oxumağımdan xəbəri olmayıb. 15 yaşından atamı aldadırdım. Yalandan qulağım ağrayır deyib Vaqif Qərayzədənin yanına qaçırdım", - deyə müğənni etiraf edib.

Atası isə ilk dəfə bu barədə həyat yoldaşından eşitdiyini bildirib.

"Mən bilmirdim Röya oxuyur. Anası dedi ki, bir dəfə gizlincə onun oxumağına qulaq as, gör, necə gözəl səsi var. Mən də dinlədim və həqiqətən xoşuma gəldi, ona görə Röyaya səhnəyə çıxmağa icazə verdim. Mən peşman olardım, Röyanın səsini tamaşaçılardan məhrum etsəydim", - deyə Ayxanın atası qeyd edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/489069.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR