Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Şirvanda ölümlə nəticələnən qəza

Şirvanda ölümlə nəticələnən qəza

Date: 13 November 2016 23:58

Şirvan şəhərində ölümlə nəticələnən yol qəzası baş verib.

Publika.az xəbər verir ki, yol-nəqliyyat hadisəsi saat 21.00 radələrində Şirvan şəhəri H.Əliyev prospektində baş verib.

Şirvan sakini, 1979-cu il təvəllüdlü Qarayev Şahin Zülfəli oğlu idarə etdiyi “VAZ 2106” markalı 18 BC 568 dövlət nömrə nişanlı avtomobillə Şirvan sakini, 1939-cu il təvəllüdlü Hüseynova Gülnaz Kərim qızını yolu keçərkən vurub.

Ağır xəsarət alan yaralı Şirvan şəhər Mərkəzi Xəstəxanasına çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.

Faktla bağlı Şirvan şəhər Polis Şöbəsinin istintaq bölməsində cinayət işi açılıb, araşdırma aparılır.


Tags:  Şirvanda ölümlə nəticələnən qəza

RƏYLƏR


Top news